Azərbaycan diasporunun rəhbərinə ağır cəza verildi - Oğlu ilə birgə...
SİYASƏT
Bugün, 12:09
Uraldakı (Rusiya) Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski dövlət məmuruna qarşı zorakılıq tətbiq etdiyinə görə 9 il, oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, bu barədə Yekaterinburqun Kirovski Rayon Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, Şahin Şıxlinski cəzasını ciddi rejimli, oğlu Mutvalı isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Şahin Şıxlinski martın 5-də sifarişli qətl, sifarişli qətlə cəhd maddələri ilə 22 il müddətinə azadlıqdan məhrum olunub. Bu səbəbdən Ş. Şıxlinskiyə təyin edilən cəzalar birləşdirilib və ümumilikdə ona 24 il həbs cəzası verilib. Şahin Şıxlinski cəzasının ilk 4 ilini türmədə, geri qalan illəri isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.
Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyulun 1-də “Baku Plaza”nın yaxınlığında Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatçıları üzərində heç bir tanınma nişanı olmayan geyim və avtomobillərlə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə, oğlunun idarə etdiyi avtomobilə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski özünü itirərək idarə etdiyi avtomobillə FSB əməkdaşını vurub. O, özü məhkəmədə baş baş verənlərdən peşman olduğunu, hadisəni qəsdən törətmədiyini bildirib. Saxlanıldığı gün Şahin və Mutvalı Şıxlinskilər sərbəst buraxılıb. Bir müddət sonra onlar barəsində hakimiyyət nümayəndəsinə zor tətbiq etmək maddəsi ilə cinayət işi açılıb. Əvvəlcə, Mutvalı, daha sonra isə sifarişli qətl, sifarişli qətlə cəhd maddələri ilə ittiham olunan Şahin Şıxlinski saxlanılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
UNEC-in prorektoru vəzifədən azad olunub
Bugün, 15:42 CƏMİYYƏT
-
Orxan Fikrətoğlu sədr gəlmək istəmir - Nazirin müşaviri yayılan xəbərə belə reaksiya verdi
Bugün, 15:35 MƏDƏNİYYƏT
-
TƏBİB-də yeni dəyişiklik - Elnur Hidayətoğlu yüksək vəzifəyə təyinat aldı
Bugün, 15:31 PRESS
-
Rezidenturaya ərizə qəbulu başlayıb
Bugün, 15:22 CƏMİYYƏT
-
Saşa İliç Mia.az-a danışdı: "Əslində, hər oyundan öncə dua edirik" - VİDEO
Bugün, 15:11 İDMAN
-
Milli Məclis bu sənədləri ratifikasiya edəcək - SİYAHI
Bugün, 15:08 GÜNDƏM
-
Ramin Nurəhmədov vəzifədən azad olunub
Bugün, 14:53 İQTİSADİYYAT
-
Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyardı ötüb
Bugün, 14:35 İQTİSADİYYAT
-
Azərbaycan əhalisinin sayı açıqlanıb
Bugün, 14:30 GÜNDƏM
-
Papa Trampa cavab vermədi: "Onunla mübahisəyə girmək istəmirəm"
Bugün, 14:16 GÜNDƏM
-
Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin olunub
Bugün, 14:11 PRESS
-
Sabiq baş mühasibin işi məhkəməyə göndərildi
Bugün, 14:03 KRİMİNAL
-
ABŞ-İran: Diplomatiya bitdi, müharibə yenidən başlamayıb… - Çin səssiz görünür, amma... (TƏHLİL)
Bugün, 13:49 SİYASƏT
-
Çılpaq fotoları yayılan konsul istefa verdi və…” – Hər kəsdən üzr istəyirəm, heç olmasa… + FOTO
Bugün, 13:27 ŞOU-BİZNES
-
Deputat: “Tədbirlər görülməsə, yeyintilər 100 milyona çatar”
Bugün, 13:23 İQTİSADİYYAT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Bugün, 13:02 İQTİSADİYYAT
-
Yağış yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:50 CƏMİYYƏT
-
"Bunun üçün qurumun kifayət qədər kadrı, potensialı var, amma..." - Keçmiş sədr yeni sədrə məsləhət verdi
Bugün, 12:34 İQTİSADİYYAT
-
Azərbaycan və Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək
Bugün, 12:22 GÜNDƏM
-
"Oturub havadan müqavilə tərtib edirlər və..." - Ekspert "Kapital Bank"dan yazdı
Bugün, 12:16 YAZARLAR
-
Azərbaycan diasporunun rəhbərinə ağır cəza verildi - Oğlu ilə birgə...
Bugün, 12:09 SİYASƏT
-
İRAN ORDUSU ABŞ-ın BLOK QƏRARINA SƏRT REAKSİYA VERDİ: “Əgər bizim limanlara təhlükə olsa…”
Bugün, 12:04 GÜNDƏM
-
İran-ABŞ arasında ikinci görüşə hazırlıq gedir: diplomatiya qapısı hələ də açıqdır, tərəflər…
Bugün, 11:55 GÜNDƏM
-
ANAMA: 2052,5 hektar ərazi minalardan təmizlənib
Bugün, 11:41 CƏMİYYƏT
-
ORBANDAN 16 İLLİK İQTİDARI ALAN YENİ BAŞ NAZİR... - Macarların Türk Dövlətləri Təşkilatına münasibəti dəyişəcək? (TƏHLİL)
Bugün, 11:37 SİYASƏT
-
Pensiyalar nə vaxt ödəniləcək? - Açıqlama
Bugün, 11:32 İQTİSADİYYAT
-
Masazırda evlər hələ də su altındadır - VİDEO
Bugün, 11:24 CƏMİYYƏT
-
Daha bir mətbuat katibi vəzifədən azad edilib
Bugün, 11:18 PRESS
-
Türkiyədə 5 dəqiqə arayla iki güclü zəlzələ oldu
Bugün, 11:13 DÜNYA
-
Müəllimlərin iş yerinin dəyişdirilməsi... - Sənəd qəbulu başlayıb
Bugün, 11:06 GÜNDƏM
-
3 yoxlama materialı Baş Prokurorluğa göndərilib
Bugün, 11:01 İQTİSADİYYAT
-
Rəisin cinayət işi məhkəməyə göndərilib
Bugün, 10:52 KRİMİNAL
-
Gəncədə 70 yaşlı kişinin meyitinin qalıqları tapılıb
Bugün, 10:45 KRİMİNAL
-
“Qalatasaray”ın baş məşqçisi: "Yenə çempion olacağıq"
Bugün, 10:36 İDMAN