İRAN ORDUSU ABŞ-ın BLOK QƏRARINA SƏRT REAKSİYA VERDİ: “Əgər bizim limanlara təhlükə olsa…”

İRAN ORDUSU ABŞ-ın BLOK QƏRARINA SƏRT REAKSİYA VERDİ: “Əgər bizim limanlara təhlükə olsa…”

GÜNDƏM

Bugün, 12:04

“Əgər Fars və Oman körfəzindəki limanlarımız təhlükə altında olarsa, bölgədəki heç bir liman təhlükəsiz olmayacaq”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı İran Silahlı Qüvvələri ABŞ-ın İran gəmiərinə bu gün saat 18.00-dan etibarən bloklaması barədə xəbərdarlığına cavab olaraq verib.

İran Silahi Qüvvələri açıq şəkildə bəyan edib ki, əgər Fars körfəzi və Oman körfəzindəki limanlarının təhlükəsizliyinə sıxıntı olarsa, bu cavabsız qalmayacaq: “Bu halda bölgədəki heç bir liman təhlükəsiz olmayacaq".

İran Silahlı Qüvvələrində döyüş idarəetməsindən məsul olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbahim Zülfiqari isə bidirib ki, İranın ərazi sularında təhlükəsizliyi qətiyyətlə təmin edəcəklər: “Bu məlum qərar icraya yönəlrsə, ABŞ-İsrail əlaqəli gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək, digər gəmilər isə Silahlı Qüvvələrlə koordinasiyalı şəkildə keçə bilər. Üstəlik, İran Silahlı Qüvvələri olaraq, birmənalı şəkildə bəyan edir ki, limanların təhlükəsizliyi ya hamı üçündür, ya da heç kim üçün! Əgər bizə, limanlarımıza hər hansı bir təhlükə olarsa, bölgədəki heç bir limana rahatlıq olmayacaq!”.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR