İran-ABŞ arasında ikinci görüşə hazırlıq gedir: diplomatiya qapısı hələ də açıqdır, tərəflər…

İran-ABŞ arasında ikinci görüşə hazırlıq gedir: diplomatiya qapısı hələ də açıqdır, tərəflər…

GÜNDƏM

Bugün, 11:55

“İran-ABŞ diplomatiyası qapısı hələ də açıqdır, tərəflər yenidən masa arxasına dönməyə hazırlaşır”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu xəbəri “Wall Street Journal” yazıb.

Məlumata əsasən, İslamabadda danışıqlarda razılaşma olmasa da, qapılar birdəfəlik qapadılmayıb: “Danışıqlarda fikir ayrılığı yaradan məqamlar Hörmüz boğazının sərbəst açılması, İranın uran proqramı və dondurulmuş aktivlərinin sərbəst buraxılması idi. Hazırda Pakistan daxil olmaqla, regional ölkələr iki tərəfi də təkrar danışıqlar masasına qaytarmaq üçün intensiv diplomatik səylər göstərirlər. Bu səylər nəticəsini verir, hazırda danışıqların ikinci mərhələsi başlayıb. Yəqin ki, bir neçə günə baş tutacaq”.

Lakin İran mediası razılaşmanın əldə edilməməsinin səbəbi kimi ABŞ-ın "həddindən artıq tələbləri” ilə əlaqələndirib. ABŞ tərəfi isə İranı ittiham edib.

Bu gün isə ABŞ ordusu İran limanlarına gedəcək və oradan çıxacaq bütün gəmilərin hərəkətinə Bakı vaxtilə saat 18.00-dan dənizdə qadağa qoyacağını elan edib.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR