“Qalatasaray”ın baş məşqçisi: "Yenə çempion olacağıq"

“Qalatasaray”ın baş məşqçisi: \"Yenə çempion olacağıq\" 

İDMAN

Bugün, 10:36

"Qalatasaray”ın baş məşqçisi Okan Buruk Trendyol Super Liqasının 29-cu turunda "RAMS Park"da "Kocaelispor"la 1:1 hesablı heç-heçədən sonra şempionluqlarının təhlükyə düşməsinə dair açıqlamalar verib.
Mia.az Türkiyə mediasına istiandla xəbər verir ki, liqanın bitməsinə cəmi 5 həftə qaldığını qeyd edən Buruk şempion olacaqlarına inamlarını itirmədiini xüsusi vurğulayıb: "Liqanın son həftələrindəyik. Bu həftə ardıcıl 3 oyun keçirdik. “Trabzonspor”a qarşı məğlubiyyətlə başladıq, sonra “Göztepe”yə qalib gəldik. Bu gün xal fərqini qorumaq üçün kritik bir matç idi. Matçın başlanğıcı, ilk hissədəki oyunumuz yaxşı idi. İkinci hissəyə də pis başlamadıq, amma oyunun sonrakı hissəsində rəqibimiz qapımıza daha çox yaxınlaşdı. Aydın qol şansları verməsək də, bərabərlik qolunu buraxdıq. Sonradan dəyişikliklər etdik, hesabı dəyişməyə çalışdıq, amma matçın son hissəsində istədiyimizə nail ola bilmədik, qol şansları yarada bilmədik. 1-1 hesablı heç-heçə bizi çox məyus etdi. Çempionluq yarışında rəqibimizə tarixi bizdən önə keçmək fürsəti verdik. Ancaq mən oyunçularıma güvənirəm. Onlarla böyük uğurlar qazandıq. Yenə çempion olacağıq. Buna heç bir şübhə yoxdur".
Fərid ASLAN
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR