Almaniya lideri: "Macar xalqı siyasi transformasiyanın lehinə qərar veriblər”

Almaniya lideri: \"Macar xalqı siyasi transformasiyanın lehinə qərar veriblər”

DÜNYA

Bugün, 08:23

Xəbər verdiyimiz kimi, Macarıstanda keçirilən parlament seçkisində uduzan hazırkı baş nazir Viktor Orbanın 16 illik hökumət başçısı karyerasına son verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onu Avropayönümlü Tisza Partiyasının lideri Peter Magyarı əvəzləyəcək.

Almaniya kansleri Fridrix Merz və xarici işlər naziri Yohann Vadeful Hörmət və Azadlıq Partiyasının (Tisza) lideri Peter Magyarı qələbə münasibətiylə ard-arda təbrik ediblər.

Kansler təbrikində yazıb: "Macar xalqı siyasi transformasiyanın lehinə qərar veriblər. Peter Magyarı təbrik edirəm. Ümid edirəm ki, ölkə indi Avropa daxilində və Avropa ilə birlikdə böyük imkanları yenidən qiymətləndirəcək".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR