Orban getdi, Magyarı gəldi: "AVROPAYA GERİ DÖNDÜK!" -  Avropa liderlərinədən Macarıstanın yeni liderinə təbriklər yağdı

Orban getdi, Magyarı gəldi: \"AVROPAYA GERİ DÖNDÜK!\" -  Avropa liderlərinədən Macarıstanın yeni liderinə təbriklər yağdı

DÜNYA

Bugün, 07:50

Dünən Macarıstanda parlament seçkiləri keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin nəticələrə əsasən, Macarıstanda 16 ildir Baş nazir postunda əyləşən Viktor Orbanın dövrü başa çatıb.

Belə ki, səslərin 98,9%-i sayıldıqdan sonra Peter Magyarın lideri olduğu Tisza Partiyası səslərin 53,3%-ni qazanaraq, onun Baş nazir postina gedən yolnu açıb.

Onun lideri olduğu partiya 199 yerlik parlamentdə 138 mandat (konstitusion çoxluq) əldə edib.

Viktor Orbanın lideri olduğu partiya isə səslərin 38,1%-ni toplayaraq, cəmi 55 mandata sahiblənib.

Beləliklə, Orbanın növbəti dəfə hökumət qurmaq və onun başına keçmək şansı tamamilə qapanıb.

Görünür, bu səbəbdən o, müqavimət göstərmədən tələsik Peter Magyarı qələbə münasibətilə təbrik edib.

Peter Magyar isə qələbələrini ölkələrinin Avropaya yeni dönüşü sayıb. O, Orbanın Rusiya və ABŞ-ın ətəyində qalmasına işarə edərək deyib: “Macarıstan yenidən Avropaya döndü”.

O, ölkədə əvvəlki rejimin, yəni, Orban hökumətinin, korrupsiya fəaliyətini araşdıracağına söz verib və əlavə edib ki, həm Avropa İttifaqı, həm də NATO ilə münasibətləri gücləndirəcək.

Bu arada isə Avropa liderləri Peter Magyara təbriklər yağdırmağa başlayıb.

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Magyarın partiyasının Macarıstanda keçirilən ümumi seçkilərdə qalib gəlməsindən sonra macarların artıq Avropanı seçdiyini deyib: "Bir ölkə Avropa yoluna geri dönür. Bununla da ittifaqımız daha da güclənir".

Avropa Birliyi Şurasının sədri Antonio Kosta da yeni macar liderini təbrik edib.

Oxşar bəyanatları Almaniya, Fransa, İsveç, İtaliya, Niderland və sair ölkə liderləri də veriblər.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR