ABŞ ordusu İran limanlarının blokadasına başlayır – CENTCOM tarix verdi, bəyanat yaydı

ABŞ ordusu İran limanlarının blokadasına başlayır – CENTCOM tarix verdi, bəyanat yaydı

GÜNDƏM

Bugün, 07:48

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və ya çıxan bütün gəmiləri dənizdə blokadaya alacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə CENTCOM bəyanat yayıb.

Bildirilib ki, bu gündən - 13 aprel Bakı vaxtı ilə saat 18:00-dan İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərın hərəkətinə imkan verilməyəcək: “CENTCOM qüvvələri Prezidentin(Donald Tramp göstərişinə uyğun olaraq, 13 aprel saat 10:00-dan (ABŞ vaxtı ilə) İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatının blokadasına başlayacaq. Dəniz blokadası İran limanlarına və sahil ərazilərinə, o cümlədən Fars körfəzi və Oman körfəzindəki bütün ölkələrin gəmilərinə tərəfsiz şəkildə tətbiq olunacaq”.

Bəyanatda o da deyilir ki, CENTCOM qüvvələri Hörmüz boğazından keçəcək gmilərin İran xaricində olmaqla, digər ölkələrin limanlarına getmələri və ya oradan keçmələrinə mane olmayacaq.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR