20 milyonluq Quba-Qonaqkənd yolu dağılıb? - FHN açıqlama yaydı (VİDEO)

20 milyonluq Quba-Qonaqkənd yolu dağılıb? - FHN açıqlama yaydı (VİDEO)

CƏMİYYƏT

Bugün, 11:20

Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi mılumat yayb.

Bildirilib ki, hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun tikintisi istiqamətində tədbirlər görülür.

Bununla əlaqədar aprelin 11-də Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 3 ton ərzaq və gündəlik tələbat malları Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının xüsusi təyinatlı avtomobilinə yüklənilərək Qonaqkənd kəndinə göndərilib.

Çətin keçidli və mürəkkəb relyefli ərazilərdən keçilərək mallar təyinat ünvanına çatdırılıb.

xatırlaadq ki, bu barədə ilk xəbəri mia.az saytı  4 gün əvvəl yayımlayıb.

Həmin xəbərlə buradan detallı tanış ola bilərsiniz:

https://mia.az/w1098978/quba-qonaqkend-yolu-niye-dagilib-20-milyonluq-layihnin-arasdirilmasi-teleb-olunur-video-fotolar 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR