Şahbaz Şərif: “İslamabadda İran danışıqları həlledici andır, ya ölüm, ya qalım…”

Şahbaz Şərif: “İslamabadda İran danışıqları həlledici andır, ya ölüm, ya qalım…”

GÜNDƏM

10.04.2026, 23:15

Pakistan Baş naziri Şahbaz Şərif sabah İslamabadda keçirləcək İran və ABŞ arasında danışıqları “həlledici an" və ya “ölüm-qalım” adlandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, xalqa müraciətində deyib.

Şərif bu danışıqları tarixi fürsət adlandıraraq tərəfləri anlaşmaya dəvət edib: "Sabah hər iki ölkənin məsul şəxsləri danışıqlar üçün dəvətimizlə İslamabadda olacaqlar. Pakistan çox çətin prosesin uğur qazanmasını təmin etmək üçün əlindən gələni edəcək. Nəticə Allahın əlindədir.

Mən danışıqlara və iki həftəlik atəşkəsə razılıq verdiklərinə görə İran və ABŞ-a təşəkkür edirəm. Pakistanın bu danışıqlara ev sahibliyi etməsi təkcə Pakistan üçün deyil, bütün müsəlman dünyası üçün qürurverici bir andır.

Bu tarixi görüş həlledici an, bəlkə də ölüm-qalım anı olacaq. Bu görüş tərəflərin bu danışıqları davam etdirib-etdirməyəcəklərini müəyyən edəcək”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR