Vüsal Şilderin qətli: Xəyal Əlizadə 13 sonra Azərbaycana gətirildi
KRİMİNAL
Bugün, 16:10
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən Xəyal Məzahir oğlu Əlizadə Azərbaycana ekstradisiya olunub.
Mia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilən və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2013-cü ildə qabaqcadan cinayət əlaqəsinə girərək əlbir olduğu qrupda xarici vətəndaş olan V.Şilderin qəsdən öldürülməsinə nail olmaq üçün külli miqdarda pul vəd edərək onun qətlini sifariş etmiş və sonda qətlin icraçısı Elman İsgəndərov vasitəsilə V.Şilderin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirilərək onun qəsdən həyatdan məhrum edilməsində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri) ittiham edilmiş Azərbaycan vətəndaşı Əlizadə Xəyal Məzahir oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.
Adıçəkilən şəxsin Birləşmiş Ərəb Əmirliklərində olması ehtimalı nəzərə alınaraq, 2023-cü ildə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlər həmin dövlətə göndərilib. Aparılan mütəmadi danışıqlardan və həmin şəxs həbs edildikdən sonra onun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin dövlətimiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Əli-zadə Xəyal Məzahir oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
SOCAR prezidenti müsabiqə qalibləri ilə görüşüb
Bugün, 19:02 İQTİSADİYYAT
-
Qaradağda əməliyat: iki nəfər 42 kq narkotiklə tutulub
Bugün, 18:01 KRİMİNAL
-
Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində - FOTOLAR
Bugün, 17:39 GÜNDƏM
-
AAYDA-nın sabiq sədri məhkəmədə Vasif Talıbovun oğlunu "hədəf taxtası"na qoydu: "Pullar ona çatdırılırdı"
Bugün, 17:31 İQTİSADİYYAT
-
Əli Əsədov İqtisadi Şura üzvlərini yenə topladı - Nələr müzakirə edilib?
Bugün, 17:25 İQTİSADİYYAT
-
"Karvan-Yevlax" - "Kəpəz" oyunu: 5 qol var (Yenilənib)
Bugün, 17:24 İDMAN
-
Ölkədə güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 17:14 GÜNDƏM
-
VİTSE-PREZİDENT İSLAMABADA YOLA DÜŞDÜ: “Əgər bizi oyalamağa çalışsalar…”
Bugün, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Veysəloğlu Şirkətlər Qrupu “Diamond” statuslu üzvlüklə təltif olundu - FOTO
Bugün, 16:56 İQTİSADİYYAT
-
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal - Direktor azadlığa çıxdı (Yenilənib)
Bugün, 16:45 SİYASƏT
-
Rayonlarda yağış güclənəcək - Xəbərdarlıq
Bugün, 16:36 CƏMİYYƏT
-
Türk azarkeşləri Luçeskunun dəfn mərasimində Fatihə oxudular – FOTOLAR
Bugün, 16:20 İDMAN
-
Vüsal Şilderin qətli: Xəyal Əlizadə 13 sonra Azərbaycana gətirildi
Bugün, 16:10 KRİMİNAL
-
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
Bugün, 15:58 CƏMİYYƏT
-
"Bu növ iddialar ya qəsdən təxribat xarakteri daşıyır, ya da..." - MEDİA təkzib etdi
Bugün, 15:52 PRESS
-
Ermənistanın geosiyasi sıxılması: Moskva səfərinin pərdəarxası və seçim illüziyası (TƏHLİL)
Bugün, 15:44 SİYASƏT
-
ABŞ-İRAN GÖRÜŞÜNÜN MƏKANI BƏLLİ OLDU: dərslər bağlandı və… - Yaxın Şərqin taleyi bu hoteldə həll olunur + Fotolar
Bugün, 15:21 GÜNDƏM
-
PREZİDENT BİR QRUP ŞƏXSİ TƏLTİF ETDİ - Siyahı
Bugün, 15:11 GÜNDƏM
-
Baş nazir İçərişəhərdə - FOTOLAR
Bugün, 15:01 MƏDƏNİYYƏT
-
Hansı partiya işçilərinə çox maaş verir? - Biznesmen Aydəm İsmayılov heç kimə əməkhaqqı ödəmir? (CƏDVƏL)
Bugün, 14:59 SİYASƏT
-
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Bugün, 14:43 CƏMİYYƏT
-
Ukrayna prezidenti: "Yaxın Şərqdə İran dronlarını məhv etdikmi? Bəli, etdik"
Bugün, 14:24 DÜNYA
-
Zelenski Ukraynanı gözləyən çətinliyi dilə gətirdi: “Asan olmayacaq”
Bugün, 14:12 GÜNDƏM
-
XİN başçısı: “Bu, Türkiyənin NATO-dakı əhəmiyyətini göstərir"
Bugün, 14:01 DÜNYA
-
Aparıcı: “Məndə üç rəng var, anormal deyiləm ki?”
Bugün, 13:56 ŞOU-BİZNES
-
Minatəmizləmədə həlak olanların ailə üzvlərinə vergi güzəşti olacaq
Bugün, 13:22 İQTİSADİYYAT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 13:08 CƏMİYYƏT
-
Niderland XİN başçısı ABŞ-ın NATO-ya ehtiyacı olduğunu dedi: "Hamımızın ortaq təhlükəsizlik maraqlarımız var"
Bugün, 12:56 DÜNYA
-
"Terrorçuluğa qarşı mübarizə haqqında" Qanun dəyişdi - Deputatlar təkliflərə "hə" dedi
Bugün, 12:55 GÜNDƏM
-
Dağılan Qala divarı bərpa olunur - Avstriyadan mütəxəssislər cəlb olunub
Bugün, 12:50 MƏDƏNİYYƏT
-
Zabrat-Maştağa yolu: yağış bitdi, çilə bitmədi: "Bu qədər məsuliyyətsizlik olar?” - VİDEO
Bugün, 12:31 CƏMİYYƏT
-
Buraxılış imtahanlarının nəticələri bu tarixdə açıqlancaq - DİM sədrindən açıqlamalar (Yenilənib)
Bugün, 12:20 GÜNDƏM
-
Ermənistan QHT rəhbərləri Azərbaycanda - FOTOLAR
Bugün, 12:03 SİYASƏT