"Karvan-Yevlax" - "Kəpəz" oyunu: 5 qol var (Yenilənib)

 \"Karvan-Yevlax\" - \"Kəpəz\" oyunu: 5 qol var (Yenilənib) 

İDMAN

Bugün, 17:24

Premyer liqanın 27-ci turunda bu gün "Karvan-Yevlax" Gəncə təmsilçisi "Kəpəz"i qəbul edir.

Mia.az xəbər verir ki, oyunun 38-ci dəqiqəsində "Karvan-Yevlax"dan Rauf Rüstəmli hesabı açıb: 1-0

 45-ci dəqiqədə Rauf Rüstəmli dubl edərək hesabı artırıb: 2:0

O, qol sevincini baş məşqçi Fizuli Məmmədovun boynuna sarılmaqla qeyd edib. 

Beləliklə, "Karvan" ikinci hissəyə qol və psixoloji üstünlüklə yollanıb.

49-cu dəqiqədə qonaqlar fırqi azaldıb. Fərid Nəbiyev qola imza atıb - 2:1

Karvan-Yevlax"ın qapıçısı Pedro Mateuş oyunun 51-ci dəqiqəsində rəqib oyunçu ilə toqquşaraq gözündən zədələnib.

65-ci dəqiqədə "Karvan-Yevlax"  Eltun Turabovun qolu ilə  fərqi artırıb - 3-1

90+4 dəqiqədə "Karvan-Yevlax"ın 4-cü qolunu het-trek edən Rauf Rüstəmli rəqibin qapısından keçirib.

Oyun bu hesabla başa çatıb - 4:1

Azarkeşlər qələbəni böyük çoşğu ilə qeyd edib.

Maraqlıdı ki, bu, Yevlax təmsilçisinin öz meydanında ilk qələbəsidi.

Zülfiyyə Mustafayeva 

Mia.az

Yevlax

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR