Zabrat-Maştağa yolu: yağış bitdi, çilə bitmədi: "Bu qədər məsuliyyətsizlik olar?” - VİDEO

Zabrat-Maştağa yolu: yağış bitdi, çilə bitmədi: \"Bu qədər məsuliyyətsizlik olar?” - VİDEO

CƏMİYYƏT

Bugün, 12:31

Bakıya yağan yağışdan az qala bir həftə ötsə də, hələ də Zabrat-Maştağa yolu yağış sularından təmizlənməyib.

Bu barədə Mia.az-a göndərilən videogörüntüdə bildirilir ki, bir dəfə bu yol sulardan təmizlənsə də, təkrar eyni vəziyyət yaranıb: “Çünki buradaklı suyu 4 gün əvvəl bataqlıq yerləşən əraziyə vurdular. O ərazi isə yoldan hündür məsafədə olduğundan su təkrar geri qayıtdı. Çox xahiş edirik ki, əlaqədar qurumlar bu yola bir əncam çəksinlər.

Yağışdan bir həftə ötüb, ancaq baxan yoxdur. Bu qədər məsuliyyətsizlik olarmı?”

Şikayətlə ətraflı aşağıdakı videodan tanış ola bilərsiniz:

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR