Hesablama Palatası TİKA ilə birgə layihələrə başlayıb

Hesablama Palatası TİKA ilə birgə layihələrə başlayıb

İQTİSADİYYAT

Bugün, 10:35

Azərbaycan Hesablama Palatası Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirir.

Mia.az xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müzakirələr qurumda TİKA nümayəndə heyəti ilə görüşdə aparılıb.

Görüş zamanı TİKA nümayəndələri qurumun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən dövlət idarəçiliyinin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi və bilik mübadiləsi istiqamətində təşəbbüslər barədə məlumat veriblər. Qeyd olunub ki, bu istiqamətlər üzrə əməkdaşlıq imkanlarının müzakirəsi və gələcək təşəbbüslərin müəyyənləşdirilməsi əhəmiyyət kəsb edir.

Hesablama Palatasının aparat rəhbəri və struktur bölmə rəhbərləri isə qurumun əsas fəaliyyət istiqamətləri, eləcə də son illərdə dövlət auditinin inkişafı sahəsində görülmüş işlər barədə məlumat veriblər.

Görüşdə dövlət auditinin rəqəmsallaşdırılması, audit fəaliyyətində müasir yanaşmaların tətbiqi, eləcə də əməkdaşların bilik və bacarıqlarının artırılmasının vacibliyi vurğulanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR