Foreign Policy: İran böhranı Azərbaycan və Ermənistanı təhdid edir (TƏHLİL)
GÜNDƏM
10.04.2026, 08:39
Şərqdə artan gərginlik təkcə regional güclərin qarşıdurması ilə məhdudlaşmır. Bu proseslər artıq Cənubi Qafqazda formalaşmaqda olan sülh arxitekturasına birbaşa təsir edir. Foreign Policy jurnalında dərc olunan “Iran Conflict Threatens Armenia-Azerbaijan Progress” (“İran münaqişəsi Ermənistan–Azərbaycan sülh prosesini təhlükə altına alır”) adlı məqalədə də vurğulandığı kimi, ABŞ-ın İran siyasəti Qafqazda əldə olunmuş nadir diplomatik irəliləyişi risk altına qoyur.
Məqalənin müəllifi Joshua Kucera bu prosesi ABŞ diplomatiyasının azsaylı real uğurlarından biri kimi qiymətləndirir: “This was a real win.” (Bu, real uğur idi.)
Bu qiymətləndirmə təsadüfi deyil. Ermənistan və Azərbaycan arasında son illərdə yaranan dinamika onilliklər boyu davam edən qarşıdurmadan sonra formalaşan nadir siyasi pəncərə idi. Lakin bu pəncərə institusional mexanizmə çevrilmədiyi üçün son dərəcə kövrək olaraq qalır.
Məhz bu kövrəklik İran ətrafında baş verən hadisələr fonunda daha aydın görünür: “The fallout from Trump’s war in Iran is threatening to undo his achievement in the Caucasus.” (Trampın İrandakı müharibəsinin nəticələri onun Qafqazdakı nailiyyətini ləğv etməklə hədələyir.)
Burada əsas məsələ hərbi qarşıdurmanın özü deyil, onun yaratdığı diqqət dəyişməsidir: “The White House is going to be fixated on Iran.” (Ağ Ev diqqətini İran məsələsinə yönəldəcək.)
Bu cümlə Qafqazdakı proseslərin niyə risk altına düşdüyünü izah edir. Sülh yalnız imzalanmış sənədlərlə deyil, davamlı siyasi diqqət və diplomatik enerji ilə yaşayır. Bu diqqət başqa istiqamətə yönəldikdə isə proses avtomatik zəifləyir.
Bununla yanaşı, sülh prosesinin öz daxilində də hələ həll olunmamış fundamental problemlər mövcuddur. Ermənistan konstitusiyasında Qarabağa dolayı istinadlar qalır və bu, Azərbaycanın əsas siyasi tələblərindən biridir. Digər və daha mürəkkəb məsələ isə nəqliyyat kommunikasiyalarının açılmasıdır.
“Azerbaijan demanded that the route be ‘unobstructed.’” (Azərbaycan marşrutun maneəsiz olmasını tələb edir.)
Bu yanaşmaya qarşı Ermənistanın mövqeyi prinsipialdır: “Armenia rejected the demand … an unacceptable infringement of sovereignty.” (Ermənistan bunu suverenliyə qəbuledilməz müdaxilə hesab edərək rədd edir.)
Beləliklə, məsələ artıq texniki logistika problemi deyil, suverenlik və geoiqtisadi maraqların toqquşmasına çevrilmişdir.
Bu kontekstdə Zəngəzur dəhlizi məsələsi sülh prosesinin mərkəzi düyününə çevrilir. Siyasi səviyyədə müəyyən razılaşma modelləri formalaşdırılsa da, o cümlədən TRIPP kimi təşəbbüslər irəli sürülsə də, real tikinti və praktik mərhələyə keçid hələ baş verməyib. Mövcud vəziyyət onu göstərir ki, layihə kağız üzərində mövcuddur, lakin faktiki icra mərhələsinə daxil olmayıb.
Bu ləngimənin səbəbləri çoxşaxəlidir. İran münaqişəsi regionda riskləri artırır və diqqəti yayındırır. Ermənistan daxilində siyasi və hüquqi tərəddüdlər qalır. Eyni zamanda, təhlükəsizlik və nəzarət mexanizmləri üzrə tərəflər arasında hələ də tam razılıq yoxdur. Nəticədə proses formal olaraq davam etsə də, praktik olaraq “yavaş donma” mərhələsinə daxil olur.
Lakin Cənubi Qafqazda baş verənlər yalnız açıq diplomatik proseslərlə izah olunmur. Sülhün real konturları daha çox görünməyən iqtisadi və siyasi təsir mexanizmləri ilə formalaşır. Son dövrlərdə Ermənistanın region daxilində iqtisadi əlaqələrə daha açıq davranması, Azərbaycan üzərindən müəyyən iqtisadi axınların formalaşması və Türkiyənin Ermənistanla iqtisadi münasibətləri genişləndirmək niyyəti yeni bir reallıq yaradır.
Bu proses formal şəkildə siyasi dəstək kimi təqdim olunmasa da, praktik olaraq İrəvan üçün iqtisadi nəfəs kanalı rolunu oynayır. Bu isə Paşinyan hökumətinin daxili sabitliyini gücləndirə və onun manevr imkanlarını genişləndirə bilər.
Bu dinamika öz növbəsində daha dərin siyasi nəticələr doğurur. İqtisadi açılım daxili təzyiqi azaldır, daxili təzyiqin azalması isə siyasi qərarvermədə elastikliyi artırır. Beləliklə, əvvəllər “qırmızı xətt” sayılan məsələlər, deyək ki konstitusiya dəyişiklikləri və nəqliyyat dəhlizlərinin açılması tədricən müzakirə edilə bilən mövzulara çevrilir.
Bu baxımdan Zəngəzur dəhlizi artıq sadəcə nəqliyyat layihəsi deyil. O, regionda formalaşan yeni siyasi-iqtisadi balansın göstəricisinə çevrilir. Əgər mövcud dinamika davam edərsə, Ermənistan bu məsələdə mövqeyini yumşaltmağa məcbur qala bilər. Lakin bu prosesin taleyi birbaşa regional sabitlikdən və böyük güclərin diqqətindən asılı olaraq qalır.
Qərbdə bu proseslə bağlı yanaşmalar da birmənalı deyil. Bəzi analitiklər iqtisadi əlaqələrin artmasının sülhü möhkəmləndirəcəyini düşünür. Digərləri isə daha realist mövqe tutaraq bildirir ki, sülh böyük güclərin davamlı marağı olmadan dayanıqlı ola bilməz. Daha pessimist yanaşmalar isə Yaxın Şərqdəki münaqişələrin Qafqazdakı proseslərlə toqquşma riskinə diqqət çəkir.
Bütün bu yanaşmaları ümumiləşdirəndə bir nəticə ortaya çıxır: Cənubi Qafqaz artıq lokal münaqişə zonası deyil, qlobal geosiyasətin tərkib hissəsinə çevrilib. Ermənistan və Azərbaycan arasında sülh prosesi Vaşinqtonun diqqətindən, Tehranın davranışından və ümumilikdə beynəlxalq sistemin prioritetlərindən asılıdır.
Bu gün regionda formalaşan mənzərə paradoksaldır: sülh prosesi mövcuddur, lakin zəifdir; razılaşma var, lakin tamamlanmayıb; dəhliz layihəsi var, lakin tikilmir.
Qafqazda sülh hələ imzalanmayıb, sadəcə təxirə salınıb.
Əgər qlobal diqqət geri qayıtmasa, bu sülh perspektivi də tədricən arxa plana keçə bilər. Ancaq orası da var ki, mahiyyətdə Ermənistanın elə bir seçimi yoxdur. Ermənistan ya Azərbaycan+Türkiyə ittifaqı ilə iç-içə olmalıdır, ya da Rusiya+İran birliyinə qoşularaq türklərə qarşı açılmış cəbhədə yer almalıdır. Nikol Paşinyanın rəhbərlik etdiyi sülh partiyası Azərbaycan+Türkiyə ittifaqından yanadır, müharibə partiyası isə Rusiya+İran xəttinə sadiqlik nümayiş etdirir. Son sorğunun nəticələri də göstərir ki, Ermənistanda sülh partiyasının tərəfdarları daha çoxdur və xalq həm Azərbaycan, həm də Türkiyə ilə sülh və əmin-amanlıq içində yaşamağa üstünlük verir.
Elbəyi Həsənli, Sürix
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Sabah"ın rəqibi bəlli olub
11.08.2026, 23:52 İDMAN
-
Naxçıvan Müəllimlər İnstitutuna niyə qəbul planı ayrılmadı? - Bağlanır, yoxsa...?
11.08.2026, 22:34 GÜNDƏM
-
Prezident memar Əcəmi Naxçıvaninin abidəsinin açılışını edib - FOTOLAR
11.08.2026, 22:02 MƏDƏNİYYƏT
-
Prezident və birinci xanım Naxçıvanda Möminə xatun türbəsində - FOTOLAR
11.08.2026, 21:55 MƏDƏNİYYƏT
-
"Bəli, mütləq, mütləq, bu olacaq" - Prezident İlham Əliyevin MÜSAHİBƏSİ (FOTOLAR)
11.08.2026, 21:55 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" Danimarka komandasını darmadağın elədi (Yenilənib)
11.08.2026, 21:49 İDMAN
-
PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM NAXÇIVANDA - FOTOLAR (YENİLƏNİB)
11.08.2026, 21:18 GÜNDƏM
-
Müəllimlərin işə qəbulu üzrə müsabiqə: nəticələr açıqlandı
11.08.2026, 20:06 GÜNDƏM
-
İSRAİLLƏ TÜRKİYƏ ADDIM-ADDIM MÜHARİBƏYƏ YAXINLAŞIR? - İsrailli sabiq nazir elə iddialar səsləndirdi ki...
11.08.2026, 18:01 GÜNDƏM
-
Bakıda bir il əvvəl yoxa çıxan qadın: oğlu saxlanıldı - Üç qurum birgə məlumat yaydı
11.08.2026, 17:51 KRİMİNAL
-
Lənkəranda meşədə iki nəfərin meyiti tapılıb
11.08.2026, 17:30 CƏMİYYƏT
-
Dövlət Agentliyi "Kontakt Home"ni cəzalandırdı
11.08.2026, 17:23 İQTİSADİYYAT
-
Yunanıstanda Qərbi Nil virusuna yoluxma halları artıb - Ölənlər var
11.08.2026, 17:09 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
11.08.2026, 17:00 İQTİSADİYYAT
-
Şadlıq evləri toy qiymətlərini artırdı - VİDEO
11.08.2026, 16:56 ŞOU-BİZNES
-
Elektron attestatlar myGov platformasına yerləşdirilib
11.08.2026, 16:47 CƏMİYYƏT
-
Zeynəb Xanlarovanın 90 illik yubileyi keçiriləcək
11.08.2026, 16:37 MƏDƏNİYYƏT
-
Mədəniyyət Nazirliyinin təqaüd proqramı: 17 nəfər xaricdə təhsil alacaq
11.08.2026, 16:19 MƏDƏNİYYƏT
-
Abşeron Suvarma Sistemləri İdarəsində yoxlamalar başlayıb
11.08.2026, 16:09 GÜNDƏM
-
Fələstin prezidenti Türkiyəyə gəlir
11.08.2026, 15:58 GÜNDƏM
-
Zelenskidən iddia: "Rusiya bizə qarşı Şimali Koreya raketlərindən istifadə edir"
11.08.2026, 15:52 GÜNDƏM
-
Ən çox şikayət olunan sığorta şirkətləri: Xalq Sığorta, Meqa Sığorta... - SİYAHI
11.08.2026, 15:47 İQTİSADİYYAT
-
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
11.08.2026, 15:25 İQTİSADİYYAT
-
Bu nazirlikdə Baş İdarə ləğv olundu - İsaxan Aşurovun oğluna yeni vəzifə verildi (Yenilənib)
11.08.2026, 15:10 GÜNDƏM
-
Şərif Ağayar Kəramətin obyektlərindən danışdı: “İşin mənəvi tərəfi var ki, bu, haradandır?”
11.08.2026, 15:05 MƏDƏNİYYƏT
-
"Bu, həm Bakı, həm də Tehran üçün daha əlverişli perspektiv yaradır" - TƏHLİL
11.08.2026, 14:49 SİYASƏT
-
"Fənərbağça" məşhur hücumçu ilə razılaşdı - 2 illik müqavilə + 6 milyon avro...
11.08.2026, 14:06 İDMAN
-
Azərbaycanda unun topdansatış qiymətləri - SİYAHI
11.08.2026, 13:59 İQTİSADİYYAT
-
Dövlət Agentliyində yeni təyinat olub
11.08.2026, 13:55 GÜNDƏM
-
Bəşər Əsəd, qardaşı və əmisi oğlu barədə edam cəzası çıxarıldı
11.08.2026, 13:18 GÜNDƏM
-
İran XİN başçısı: "Həm müharibədə, həm də diplomatiyada qalib gəldik"
11.08.2026, 13:07 DÜNYA
-
Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
11.08.2026, 12:56 GÜNDƏM
-
DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib: "Əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin"
11.08.2026, 12:51 GÜNDƏM
-
Sabah yağışlı hava olacaq
11.08.2026, 12:24 GÜNDƏM