Fiziki şəxslərin gəlir vergisinin bəyan qaydası dəyişib

Fiziki şəxslərin gəlir vergisinin bəyan qaydası dəyişib

İQTİSADİYYAT

Bugün, 10:40

Fiziki şəxslərin gəlir vergisi Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən bəyan ediləcək.

Mia.az Trend-ə istinadla xəbər verir ki, bununla bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Belə ki, İqtisadiyyat Nazirliyi oktyabr 1-dək xidmətin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etməlidir.

Həmçinin, İqtisadiyyat Nazirliyinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə oktyabrın 10-dək xidmətin mövcüd iş axının təqdim edilməsi, noyabrın 10-dək xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması, dekabrın 20-dək xidmətin mygov biznes platformasında istifadəyə verilməsi (istismar mühitində) tapşırılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR