"Kızılcık Şerbeti"nin aktrisası vəkil oldu – FOTOLAR

\"Kızılcık Şerbeti\"nin aktrisası vəkil oldu – FOTOLAR

MƏDƏNİYYƏT

Bugün, 10:20

"Kızılcık Şerbeti" serialında canlandırdığı "Çimen" obrazı ilə məşhurlaşan aktrisa Selin Türkmən hüquq fakültəsini bitirməklə yanaşı, bu gündən vəkil kimi rəsmi fəaliyyətə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 26 yaşlı Selin Türkmən artıq vəkil lisenziyasını İstanbul Vəkillər Kollegiyasından alıb.

Bu barədə o, hislərini bölüşüb: "Yaşadığım hissləri təsvir etmək çox çətindir, bu günü həmişə arzulamışam. Bu, üzərində çox çalışdığım, məktəbi bitirə bilməyəcəyimi düşünüb ağladığım, amma heç vaxt təslim olmadığım bir yol idi. İndi geriyə baxanda, təslim olmadığıma və bu gün xəyalımdakı məqsədlərdən birinə çatdığıma çox sevinirəm. Bu xoşbəxtliyi mənimlə bölüşən hər kəsə təşəkkür edirəm".

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR