İraq Parlamenti sabah topanır – Ölkə prezidenti seçiləcək

İraq Parlamenti sabah topanır – Ölkə prezidenti seçiləcək

DÜNYA

Bugün, 00:17

İraq Parlamentinin yeni prezidenti seçmək üçün sabah toplanacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraq Parlamenti məlumat yayıb.

Qeydf edllib ki, 11 apreldə keçiriləcək iclasın gündəliyində ölkənin prezident seçkisi olacaq.

Xatırladaq ki, İraqda 2003-cü ildən sonra formalaşdırılan siyasi anlaşmaya əsasən, ölkə prezidenti kürd partiyalarının namizədləri arasından seçilir. İndiyə qədər bu vəzifəyə Kürdüstan Demokrat Partiyası (KDP) hazırkı xarici işlər naziri Fuad Hüseyni, Kürdüstan Vətənpərvər Birliyi (KYB) isə əvvəlki İraq hökumətində ətraf mühit naziri vəzifəsində çalışmış Nizar Amidini namizəd göstərib: “Namizədlər parlament üzvlərinin üçdə ikisinin səs çoxluğunu almalıdırlar. Əgər bu, birinci turda əldə edilməzsə, ən çox səs toplayan iki namizəd arasında ikinci tur seçkiləri keçiriləcək. İkinci turda sadə səs çoxluğu (yarıdan çox) alan namizəd qalib gələcək. İraq konstitusiyasına görə, prezidentin səlahiyyət müddəti dörd ildir və eyni prezident yalnız bir dəfə yenidən seçilə bilər. Yeni seçilmiş prezident daha sonra parlamentdəki ən böyük qrupun baş nazir namizədinə hökumət qurmağı tapşıracaq”.

Onu da bildirək ki, İraqda parlament seçkiləri 11 noyabr 2025-ci ildə keçirilib. Lakin siyasi fikir ayrılıqları və daha sonra İranla yaşanan müharibə səbəbindən yeni hökumət hələ də qurulmayıb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR