İran XİN-dən ABŞ-a mesaj: “Parlament sədri İslamabada gedəcək” – “Yeni dini liderin durumuna gəldikdə isə…”

İran XİN-dən ABŞ-a mesaj: “Parlament sədri İslamabada gedəcək” – “Yeni dini liderin durumuna gəldikdə isə…”

GÜNDƏM

Bugün, 19:47

“Parlament sədri Məhəmməd Baqer Kalibafın ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edəcək. O, Pakistana gedəcək”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Səid Xətibzadə BBC-yə müsahibəsində deyib.

XİN rəsmisi ABŞ-la atəəşkəsə və danışıqlara səmimi və sadiq olduqlarını bildirib. Qeyd edib ki, bu səbəbdən İran danışıqlara qatılacaq: “Biz eyni zamanda, ABŞ-dan atəşkəsin davamlılığı üçün müttəfiqi İsrailə təzyiq göstərməyi gözləyirik. Çünki dünən Livanda baş verənlər ciddi bir pozuntu idi və hamı buna şahid oldu. Bu, qlobal ticarət üçün əsas sayılan Hörmüz boğazındakı vəziyyətə də öz təsirini göstərir. Bəli, boğazın təhlükəsizliyi Vaşinqtonun hərəkətlərindən asılıdır. Biz Hörmüz boğazından təhlükəsiz keçidi mütləq təmin edəcəyik. Lakin bu, ABŞ-ın İsrailin təcavüzkar hərəkətlərini dayandırmasından sonra baş verəcək".

İran XİN rəsmisi yeni dini lider Ayətullah Seyid Müctəba Xameneinin səhhəti ilə bağlı iddialara aydınlıq gətirib: "İranın yeni lideri Ayətullah Seyid Müctəba Xameneinin səhhəti yaxşıdır və əladır, o, öz vəzifəsindədir və hər şeyə nəzarət edir".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR