Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü

Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü

KRİMİNAL

03.04.2026, 10:11

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb.

Mia.az APA-ya istinadla xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi hələlik məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə istintaq aparıldığını bildirib.

***

“24news.ge”nin məlumatına görə, mərhum 1 həftə əvvəl ailə qurubmuş.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR