İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"

img

28-02-2026 [17:42]


"İsrail və ABŞ-ın İrana qarşı apardığı müharibə beynəlxalq qanunlara zidd və təcavüzkar aktdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Abbas Əraqçi İsrail və ABŞ-ın ölkəsinə qarşı birgə hücumuna münasibətdə deyib.

Nazir bildirib ki, Netanyahu və Trampın İrana qarşı apardığı qanunsuz müharibə cavabsız qalmayacaq: "Güclü silahlı qüvvələrimiz bu günə hazırdır və təcavüzkarlara layiq olduqları, haqq etdikləri dərsi verir, verəcək."

Xatırladaq ki, ABŞ-İsrail gücləri bu gün  Tehranı, eləcə də İsfahan, Kərəc, Qum, Təbriz, Buşehr, Kirmanşah və İlam şəhərlərini bombalayıb. İran isə buna qarşılıq olaraq ABŞ-ın Yaxın Şərqdəki 6 ölkədəki hərbi bazalarına zərbə endirib. Bununla yanaşı, İsrailə doğru yüzlərlə raket və PUA-lar buraxılıb.

Tahir Şəlvəli

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA