İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."

img

28-02-2026 [15:29]


Bu gün ABŞ-la İsrailin hücumundan tez toparlanan Tehran rejimi sərt əks hücuma başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran artıq ABŞ-ın Qətər, BƏƏ, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyadakı bazalarına zərbələr endirib. Bununla yanaşı, İsrailə əvvəlcə  75 raket, yüzlərlə PUA buraxıb, ardınca yeni hömlələrə hazırlıq gedir. 

İran ordusundan bildirilib ki, bununla kifayətləməyiblər: "Hücumlarımız daha sərt və güclü silahlarla davam edəcək"

Bu arada Qətər mobil cihazlarla mesaj göndərərək, əhalisinə xəbərdarlıq edib: "Evdə qalın, hərbi bazalardan uzaq durun!"

Məlumatda o da deyilir ki,  Qətər müdafiə sistemlərinin hava məkanında İran mənşəli bir raketi zərərsizləşdirib.

"Əl-Cəzirə"nin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi və Küveytdə də partlayış səsləri eşidilib: "Bölgədə həəcan siqnalı səsləri dayanmır. Ər-Riyadda yüksək intensivlii partlayış səsləri var. İran hər tərəfə sistemli zərbə endrir"

Xəbərdə deyilir ki,  İordaniyanın paytaxtı Əmmanda ABŞ-ın bazasına zərbə endirilib.

 Əmmanda İctimai Təhlükəsizlik İdarəsindən əhaliyə müraiətdə bildirilib ki, belə zərbələrin ardı gözlənilir: "Əgər üç siren eşitsəniz, olduğunuz yerdə qalmağınız və tərpənməməyiniz tövsiyə olunur. Çöldəsinizsə, təhlükə keçənə qədər ən yaxın sığınacaqlara qaçın!"

Bu arada Bəhreyndəki ABŞ dəniz bazasının İranın raket hücumlarına məruz qaldığı təsdiqlənib.

İranın "Tasnim" Xəbər Agentliyi rəsmilərə istinadla yazıb ki, ABŞ və İsrail hücumlarına ən sərt cavablar qarşıdadır.

İran ordusundan "Əl-Cəzirə"yə bildirib ki, İsrail çox şeylə üzləşəcək və əhalisi buna hazır olmalıdır; "Bizim üçün artıq qırmızı xətlər olmayacaq. Biz təslim olmayacağıq. ABŞ və İsrailin Yaxın Şərqdəki bütün aktivləri və maraqları qanuni hədəflərə çevrilib".

Samir MUSAYEV

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA