Sədr xanım şöbə müdirini işdən çıxardı, Ərdoğanı yüksək vəzifəyə təyin etdi - AHİK-də maraqlı dəyişikliklər

Sədr xanım şöbə müdirini işdən çıxardı, Ərdoğanı yüksək vəzifəyə təyin etdi - AHİK-də maraqlı dəyişikliklər

CƏMİYYƏT

24.02.2026, 13:25

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Maliyyə şöbəsinin müdiri dəyişib.

Mia.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səadət Zakir qızı Hasilova Maliyyə şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Digər əmrlə isə onun yerinə Aynur Yaşar qızı Cəbrayılova-Ərdoğan təyin olunub.

Mia.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyində də dəyişiklik olması barədə xəbərlər var. Bununla bağlı ötən həftə birliyin Feysbuk-dakı səhifəsi üzərindən rəsmi sorğu vermişik. Lakin bu gün də xatırlatmamıza baxmayaraq, hələlik cavab verilməyib.

Mövzuya qayıdacağıq.

MİA.AZ  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR