Kapital Bank"ın İdarə Heyətində dəyişiklik edilib

img

19-02-2026 [12:07]


Cəlal Orucov "Kapital Bank"ın İdarə Heyətinin üzvü və sədr müavini təyin olunub.

Bu barədə bank məlumat yayıb.

Bildirilib ki, Müşahidə Şurasının qərarıyla Cəlal Orucov "Kapital Bank"ın Ödənişlər biznesinə və "PashaPay"ə rəhbərlik edəcək.

Qeyd edək ki, Cəlal Orucov Azərbaycanın aparıcı maliyyə institutlarında rəhbər vəzifələrdə çalışıb. O, Mərkəzi Bankda Ödəniş sistemlərinin inkişafı bölməsinin rəhbəri, MilliKart şirkətində Baş icraçı direktor, Unibank və Azərbaycan Beynəlxalq Bankında Texnologiyalar üzrə Baş direktor, "PAŞA Bank"da Əməliyyatlar üzrə Baş direktor və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Cəlal Orucov eyni zamanda "PAŞA Kapital"da Müşahidə Şurasının üzvüdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA