Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
GÜNDƏM
17.02.2026, 14:40
Paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Mia.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
DİN Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Səbail rayonunda yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:47 radələrində Səbail rayonu, L.Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
Çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
***
FHN-in məlumatına görə, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri Lev Tolstoy küçəsində yaşayış binasında baş verən yanğın tam söndürülüb.
Mia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
P.S.Yazıdakı video qafqazinfo-ya məxsusdur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Bank Avrasiya" I rübdə 937 min manat zərər edib - Hesabat
Bugün, 11:37 İQTİSADİYYAT
-
"Xeyirli olsun" - Vüqar Qurbanov yerinə gələn TƏBİB-in yeni sədrini belə təbrik etdi (FOTO)
Bugün, 11:34 GÜNDƏM
-
İSRAİL-LİVAN DANIŞIQLARI: plan və gözləntilər - TƏHLİL
Bugün, 11:25 SİYASƏT
-
Xaricdə dövlət proqramıyla təhsil: elan verildi, şərtlər açıqlandı
Bugün, 11:15 GÜNDƏM
-
ABŞ bu təşkilat liderini satana mükafat vəd verdi: 10 milyon dollar
Bugün, 11:01 DÜNYA
-
"Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgi açılıb - FOTOLAR
Bugün, 10:56 MƏDƏNİYYƏT
-
YENİ 100 MANATLIQ PUL BURAXILIR - Mərkəzi Bank açıqlama yaydı + FOTO
Bugün, 10:56 İQTİSADİYYAT
-
Baş nazirlə Tramp Papa və İrana görə “atışır” – Meloni ABŞ liderinə sərt üslubda "diqqətli ol" dedi
Bugün, 10:35 GÜNDƏM
-
Departament rəhbəri vəzifədən azad edilib
Bugün, 10:26 CƏMİYYƏT
-
İsrail Livana yenə zərbə endirib – Beş nəfər həlak olub
Bugün, 10:17 DÜNYA
-
CENTCOM: “İranın ticarətini tamamilə dayandırdıq”
Bugün, 10:10 İQTİSADİYYAT
-
"Xalq Bank"ın maliyyə göstəriciləri pisləşib - Zərər artıb
Bugün, 10:07 İQTİSADİYYAT
-
AAK UNEC-ə qarşı? - 6 aydır müddəti bitən şura ilə bağlı qərar niyə verilmədi?
Bugün, 09:54 GÜNDƏM
-
Bu kənd 19-cu əsrdə qalıb: qaz, işıq, yol, internet yoxdur - VİDEO
Bugün, 09:54 CƏMİYYƏT
-
Deputata bağlı olduğu deyilən şirkət: bu dəfə 442 min manatlıq layihənin qalib elan edildi
Bugün, 09:27 İQTİSADİYYAT
-
Azərbaycan nefti 7 dollar ucuzlaşdı
Bugün, 09:05 İQTİSADİYYAT
-
ABŞ Sakit Okeanda daha bir qayığı sorğu-sualsız vurdu – Ölənlər var
Bugün, 08:52 DÜNYA
-
İstefa verən baş məşqçini cəzalandırmaq istəyirlər
Bugün, 08:32 İDMAN
-
"ƏGƏR ANLAŞA BİLSƏK..." - Tramp və Vensdən İrana mesajlar
Bugün, 08:29 GÜNDƏM
-
Türk kimliyi, yoxsa...? - Azərbaycanın taleyini müəyyən edən seçim... (TƏHLİL)
Bugün, 07:51 SİYASƏT
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 07:49 GÜNDƏM
-
Çempionlar Liqası: "Barselona" və "Liverpul" yarışla vidalaşdı
Bugün, 00:59 İDMAN
-
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi
Bugün, 00:28 SİYASƏT
-
BMT: “Beynəlxalq hüquq dünyada tapdalanır”
Bugün, 00:11 DÜNYA
-
Dünyanın ən yaxşı 15 qolkiperi… - Biri Türkiyədə oynayır (SİYAHI)
Bugün, 00:09 İDMAN
-
İsrail ordusu Livanın cənubunu bombalayır
Bugün, 00:08 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - ADLAR + FOTOLAR
14.04.2026, 23:35 ŞOU-BİZNES
-
Okan Buruk İkardinin “kitabını bağlayıb”
14.04.2026, 23:34 İDMAN
-
İsrail və Livan arasında ilk danışıqlar başa çatıb - Vaşinqtonda (Yenilənib)
14.04.2026, 22:53 DÜNYA
-
Bakı dəqiqələr içində belə ağardı - VİDEO
14.04.2026, 22:40 GÜNDƏM
-
Masazırda bir evdə iki qadın öldürülüb - Açıqlamalar (Yenilənib)
14.04.2026, 21:55 KRİMİNAL
-
Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib
14.04.2026, 21:06 GÜNDƏM
-
TƏBİB-ə yeni İcraçı direktor təyin edilib - O, kimdir? (FOTO)
14.04.2026, 20:54 GÜNDƏM