Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...

img

17-02-2026 [11:39]


Fevralın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilən Saleh Məmmədovun fəaliyyəti həmişə mətbuatın diqqətində olub. Yerli media onun həm işgüzar fəaliyyətinə, həm də dəbdəbəli həyat tərzinə daim maraq göstərib. 

MİA.az xəbər verir ki, keçmiş Agentlik sədri Bakıda və respublikamızın bölgələrində bir neçə villaya sahibdir.

Əldə etdiyimiz məlumata görə, Saleh Məmmədova məxsus dəbdəbəli villalardan biri Xızı rayonunun Altıağac qəsəbəsində yerləşir.

Üçmərtəbəli mülk 1 qonaq, 9 yataq otağı, mətbəx və ayrıca hamam otağından ibarətdir. Bu nəhəng mülk təxminən 1 hektarlıq ərazidə inşa olunub. 

Saleh Məmmədovun və ailə üzvlərinin Xızıdakı dəbdəbəli evə nadir hallarda baş çəkdikləri bildirilir. Villanın mühafizəsi və agağclara aqrotexniki qulluq aylıq məvacib müqabilində Altıağac sakinləri tərəfindən həyata keçirilir.

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA