Rasim Balayev Türkiyədə vəfat edib

img

29-03-2026 [14:49]


Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Türkiyədə vəfat edib.

Mia.az xəbər verir ki, aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Yayılan məlumata əsasən, o, Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi bitirən aktyor 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutundan məzun olub.

Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib.

Oynadığı “Nəsimi” , “Babək” , “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb.

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Rasim Balayevin çoxsaylı filmlərdə rol almasına baxmayaraq onun yaradıcılığının zirvəsi “Babək” filmində oğlu Buğdayla dialoqu olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:56 27.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA