Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)

img

28-03-2026 [21:25]


İraq Kürdüstan Regional Hökumətinin prezidenti Neçirvan Bərzaninin Duhokdakı evinə dronlarla hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücum zamanı Neçirvan Bərzaninin evi və ətraf ərazidə partlayış səsləri eşidilib.

Məlumata görə, hadisədən dərhal sonra Kürdüstan Regional Hökuməti (KRH) və ona bağlı silahlı dəstələrə yüksək hazırlıq vəziyyətinə gətirilib.

İraq Baş naziri Məhəmməd Şiə əl-Sudani isə Neçirvan Bərzani ilə telefon danışığında hücumu pisləyib və hadisəni araşdırmaq üçün birgə təhlükəsizlik və texniki qrup yaradılmasını tapşırıb: "Mərkəzi hökumət heç bir qanunsuz regional və ya beynəlxalq tərəfin İraqı regional münaqişələrə sürükləməsinə icazə verməyəcək. Biz bu qərarımızda qərarlıyıq".

Məlumatda deyilir ki, baş nazir bu hadisənin fonunda İraqın hava məkanının bağlanma qərarını 31 mart saat 12:00-a qədər uzadılmasına qərar verib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:56 27.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA