Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
YAZARLAR
05.02.2026, 17:30
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi
***
Son zamanlar sosial şəbəkələrdə və müxtəlif mətbu orqanlarda ədəbiyyat və tarix fənnləri bazasında yeni – “mədəniyyət” adlı fənnin tədris edilməsi ilə bağlı fikirlər səsləndirilir.
Məsələnin geniş rezonans doğurması və buna etiraz edənlərin olması tam əsaslıdır. Çünki hər iki fənnin özünəməxsus məzmunu, missiyası və milli-mənəvi dəyərlərə malik vətəndaş yetişdirilməsində xüsusi, əvəzolunmaz rolu vardır.
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının qəbul olunması mədəni dəyərlərin strategiya səviyyəsinə qaldırılması və cəmiyyətin mədəni inkişafının sistemli şəkildə istiqamətləndirilməsi baxımından mühüm hadisədir. Mədəniyyətin geniş təbliği, mədəni dəyərlərin formalaşan gənc nəslə erkən yaşlardan, xüsusilə məktəblərdə tədris prosesi vasitəsilə çatdırılması təqdirəlayiq və zəruri bir addımdır.
Ancaq fundamental məzmunu, dəyəri və əhəmiyyəti olan iki əsas fənni – ədəbiyyat və tarixi – “yenilik” adı altında birləşdirmək ciddi yanlışlıq olardı. Halbuki hazırda söhbət bu fənlərin ixtisas seçimindən asılı olmayaraq bütün gənclər tərəfindən daha dərindən öyrənilməsindən və mənimsənilməsindən getməlidir.
Tarixini və ədəbiyyatını mükəmməl bilmək kökünə, milli-mənəvi dəyərlərə bağlılıq və milli kimlik məsələsidir. Bu fənlərin birləşdirilməsinin heç bir elmi və pedaqoji əsası yoxdur; əksinə, bu, onların daha səthi, zəif öyrədilməsi deməkdir.
Bu ideyanın haradan və hansı məntiqdən qaynaqlandığı şəxsən məndə təəccüb doğurur və düşündürücüdür. Yəqin ki, 1970–80-ci illərdə bəzi ali məktəblərdə mövcud olmuş “tarix-filologiya fakültəsi” anlayışı kimlərinsə yaddaşında qalıb. Halbuki həmin dövrdə də iki ixtisası birləşdirən belə fakültələrin yaradılmasının elmi əsası olmayıb; çox ehtimal ki, inzibati məqsədlərlə həyata keçirilib.
Orta məktəblərdə bu fənlərin birləşdirilməsinin isə ümumiyyətlə elmi əsası yoxdur. Çünki həm tarix, həm də ədəbiyyat məzmun baxımından son dərəcə geniş və çoxşaxəlidir.
Tarix baş vermiş hadisələri zaman ardıcıllığı, konkretlik, təkzibedilməz faktlar və səbəb-nəticə əlaqələri əsasında öyrənir və təqdim edir. Tarix xalqın ən qədim zamanlardan günümüzə qədər olan həyat tərzini, dövlətçiliyini və ictimai inkişaf yolunu sistemli şəkildə araşdıran əsaslı elmdir.
Ədəbiyyat isə insanın və cəmiyyətin hisslərini, dil duyumunu, mənəvi dəyərlərini, dünyagörüşünü və estetik zövqünü bədii vasitələrlə ifadə edir, müxtəlif tarixi dövrlərin reallıqlarını obrazlı şəkildə əks etdirən söz sənətidir.
Bu iki fənnin əhatə dairəsi o qədər genişdir ki, təhsilalanlar vaxt baxımından ən çox məhz bu fənlərə ehtiyac duyurlar. Digər tərəfdən isə məzmunu ixtisar edib birləşdirdikcə mahiyyət, dərinlik və təsir gücü itir.
Bu fənləri bir dərslikdə birləşdirmək, vahid ixtisas müəllimi müəyyən etmək isə mövcud şəraitdə mümkün deyil. Müəllimlərin dərs yükü, formalaşmış təhsil sistemi və zəruri struktur dəyişiklikləri də nəzərə alınmalıdır.
Bu birləşməni təklif edənlərin pedaqogika, metodologiya və müasir tədris prosesi haqqında yetərli təsəvvürə malik olmaması açıq şəkildə görünür. Bu mövzunun pedaqoji baxımdan izahı ayrıca geniş müzakirə tələb edir.
Eyni zamanda akademik biliyin sistemli və dərin mənimsədilməsi baxımından fənlərarası inteqrasiya, əlaqələndirmə mütləqdir və buna həmişə ehtiyac var. Lakin bu, fənlərin ləğvi və ya birləşdirilməsi anlamına gəlməməlidir.
Məktəblərdə ayrıca “Mədəniyyət” fənninin tədris edilməsi isə daha məqsədəuyğun yanaşma ola bilər. Bu fənnin məzmunu, tədris forması və cəmiyyətin hazırkı inkişaf mərhələsində daşıdığı əhəmiyyət ayrıca və geniş şəkildə müzakirə olunmalıdır.
Belə mövzular gündəmə gətirilərkən aidiyyəti nazirlik və qurumların vaxtında aydınlıq gətirməsi vacibdir. Ancaq çox vaxt belə olmur. Bu cür taleyüklü məsələlər əvvəlcədən mütəxəssislər tərəfindən düşünülmüş təhlil və geniş müzakirə tələb edir. Çünki qəbul edilən qərarlar böyük məsuliyyət yaradır.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İki idarə rəisi quda oldu – Agentliyin məsul şəxsləri cütlüyə bahalı hədiyyələr bağışlayıblar
Bugün, 20:46 MƏDƏNİYYƏT
-
Gəncə komandası uduzdu - Tovuz voleybolçuları finala çıxdı (VİDEO)
Bugün, 19:24 İDMAN
-
Masallıda yararsız 227 kq at əti satanlar saxlanılıb
Bugün, 19:08 İQTİSADİYYAT
-
ABŞ ordusu İran limanlarına giriş-çıxışı qapatmağa başladı – CENTCOM bütün ölkələri təhdid etdi (Yenilənib)
Bugün, 18:17 GÜNDƏM
-
Müğənni: "O, klipə səhlənkar yanaşdı, sən demə, kadrlar pozulub"
Bugün, 18:03 ŞOU-BİZNES
-
Böyük Mərdəkan qəsrində çökmə: əraziyə giriş məhdudlaşdırıldı
Bugün, 18:00 MƏDƏNİYYƏT
-
Britaniya ABŞ-ın qərarına qarşı çıxdı: “Olmaz!”
Bugün, 17:45 İQTİSADİYYAT
-
Xalq artisti Maqsud Məmmədov vəfat edib
Bugün, 17:27 MƏDƏNİYYƏT
-
Tibb Universiteti 110 min manatlıq təyyarə bileti alacaq
Bugün, 17:24 CƏMİYYƏT
-
Laçında "Bəylik Bağları" bərpa edilir
Bugün, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Əhalinin borc yükü artıb
Bugün, 16:59 İQTİSADİYYAT
-
Dövlət qurumları Xəzərdə birgə monitorinq keçirib
Bugün, 16:54 CƏMİYYƏT
-
ABŞ-İran danışıqları çökdü, Rusiya yenidən ortaya girdi - Kremldən sürpriz təklif var
Bugün, 16:41 GÜNDƏM
-
“Tempo Baku” restoranının qarşısında kütləvi dava - VİDEO
Bugün, 16:24 GÜNDƏM
-
RƏSMİ PEKİN DİLƏ GƏLDİ - Çindən Hörmüz boğazı ilə bağlı bəyanat
Bugün, 16:10 GÜNDƏM
-
Kamran Əliyev Çinə gedib
Bugün, 16:09 GÜNDƏM
-
AzE Estetik Mərkəzin direktorunun cəzası azaldıldı - Ülviyyə İlyasova nədə ittiham olunur? (Yenilənib)
Bugün, 16:02 KRİMİNAL
-
UNEC-in prorektoru vəzifədən azad olunub
Bugün, 15:42 CƏMİYYƏT
-
Orxan Fikrətoğlu sədr gəlmək istəmir - Nazirin müşaviri yayılan xəbərə belə reaksiya verdi
Bugün, 15:35 MƏDƏNİYYƏT
-
TƏBİB-də yeni dəyişiklik - Elnur Hidayətoğlu yüksək vəzifəyə təyinat aldı
Bugün, 15:31 PRESS
-
Rezidenturaya ərizə qəbulu başlayıb
Bugün, 15:22 CƏMİYYƏT
-
Saşa İliç Mia.az-a danışdı: "Əslində, hər oyundan öncə dua edirik" - VİDEO
Bugün, 15:11 İDMAN
-
Milli Məclis bu sənədləri ratifikasiya edəcək - SİYAHI
Bugün, 15:08 GÜNDƏM
-
Ramin Nurəhmədov vəzifədən azad olunub
Bugün, 14:53 İQTİSADİYYAT
-
Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyardı ötüb
Bugün, 14:35 İQTİSADİYYAT
-
Azərbaycan əhalisinin sayı açıqlanıb
Bugün, 14:30 GÜNDƏM
-
Papa Trampa cavab vermədi: "Onunla mübahisəyə girmək istəmirəm"
Bugün, 14:16 GÜNDƏM
-
Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin olunub
Bugün, 14:11 PRESS
-
Sabiq baş mühasibin işi məhkəməyə göndərildi
Bugün, 14:03 KRİMİNAL
-
ABŞ-İran: Diplomatiya bitdi, müharibə yenidən başlamayıb… - Çin səssiz görünür, amma... (TƏHLİL)
Bugün, 13:49 SİYASƏT
-
Çılpaq fotoları yayılan konsul istefa verdi və…” – Hər kəsdən üzr istəyirəm, heç olmasa… + FOTO
Bugün, 13:27 ŞOU-BİZNES
-
Deputat: “Tədbirlər görülməsə, yeyintilər 100 milyona çatar”
Bugün, 13:23 İQTİSADİYYAT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Bugün, 13:02 İQTİSADİYYAT