Avropa Liqası: FCSB - "Fənərbağça" matçını serbiyalı hakim idarə edəcək

Avropa Liqası: FCSB - "Fənərbağça" matçını serbiyalı hakim idarə edəcək

İDMAN

27.01.2026, 20:39

UEFA Avropa Liqasının son turunda FCSB komandası ilə qarşılaşacaq "Fənərbağça"nın oyununun hakimləri bəlli olub.

Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, matçı serbiyalı hakim Nenad Minakoviç idarə edəcək.

UEFA-nın məlumatına görə, Minakoviçə Serbiya Futbol Federasiyasından olan yan xətt hakimləri Nikola Boroviç və Bosko Bosoviç kömək edəcək. Dördüncü hakim vəzifəsinə isə Milan Mitiç təyinat alıb.

Xatırladaq ki, Minakoviç "Fənərbağça"nın UEFA Konfrans Liqasında "Zimbru Kişinyov"la oyununu da idarə edib. Həmin matçda İstanbul komandası 5-0 hesabı ilə qalib gəlmişdi.

Onu da qeyd edək ki, "Fənərbağça" FCSB oyunu 29 yanvar saat 00:00-da oynanılacaq.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR