Qərb–İran savaşı: Azərbaycan niyə bu müharibədə olmamalıdır? - TƏHLİL
SİYASƏT
24.01.2026, 12:18
Qərb-İran qarşıdurması artıq ritorika mərhələsini geridə qoyub. Məsələ nə diplomatik gərginlikdir, nə də müvəqqəti eskalasiyadır, bu proses regionu udacaq təhlükəli qarşıdurma mərhələsinə daxil olub.
Reuters açıq bildirir: “İran hər hansı hücumu ümumi müharibə sayacaq.” Financial Times daha dürüstdür: “ABŞ regionda hərbi varlığını artıraraq İranı çəkindirməyə çalışır.”
The Economist isə cümləni tamamlayır: “İran rejimi zorakılıqla ayaqda qalır və bu, onun zəifliyinin göstəricisidir.”
Bu sitatların alt mətni birdir: Qərb İrandan islahat istəmir. Qərb İrandan təhlükəli olmamağı, amma real gücə çevrilməməyi istəyir.
“Nüvə həddində saxlanılan dövlət” – müasir boğma siyasəti
Qərbin İranla bağlı əsas strategiyası Tehranın nüvə həddində saxlanılan dövlət statusunda qalmasıdır. Qərb analitik dilində buna açıq ad qoyulub:
ingiliscə – nuclear threshold state,
türkcə – nükleer eşikte tutulan ülke,
rusca – ядерное пороговое государство.
Məna sadədir: İran nüvə silahını istehsal etməsin, amma istehsal edə biləcək qədər yaxın saxlanılsın və bu yaxınlıqla daim təhdid altında yaşasın. Bu, təhlükəsizlik deyil. Bu, strateji boğma siyasətidir.
İran nə zəifdir, nə güclü. Nə azaddır, nə də məğlub. Daim “bir addım qalsın” vəziyyətində saxlanılan ölkədir.
ABŞ diktə edir, Avropa Birliyi izah edir
Oyunun qaydalarını ABŞ yazır. Avropa Birliyi isə bu qaydaları “diplomatiya”, “razılaşma”, “normativ çərçivə” adı ilə yumşaldır. Amma məzmun dəyişmir:
İrana deyilir:
texnologiyan olsun, amma suveren qərarın olmasın;
potensialın olsun, amma istifadə etmə;
özün risk altında ol, amma risk yaratma.
Bu tərəfdaşlıq deyil. Bu, nəzarət altında saxlanan gücdür.
İnsan hüquqları: prinsip yox, mexanizm
İnsan hüquqları Qərb üçün dəyər deyil, idarəetmə alətidir. Lazım olanda işə salınır, lazım olanda susdurulur. Eyni regionda daha sərt rejimlər “strateji müttəfiq”, İran isə “problem” adlandırılır.
İran rejimi daxili repressiyanı artıq gizlətmir. Minlərlə insanın qətlə yetirildiyini də etiraf edir və açıq deyir: “Zəifləsək, bizi parçalayacaqlar.”
Beləliklə, Qərbin “dəyərlər dili” dəyişiklik yaratmır. Əksinə, avtoritarizmi möhkəmləndirir.
Müstəfası o ki…
Qərb İrandan demokratiya istəmir.
Qərb İrandan sülh də istəmir.
Qərb İrandan nüvə həddində saxlanılan, güclü olmayan, amma dağılmayan dövlət istəyir. İran isə bunu rejimin sonu kimi görür.
Ona görə də əsas sual “müharibə olacaqmı?” deyil.
Əsas sual budur: bu boğma siyasəti nə vaxt idarəolunmaz olacaq?
Bu müharibə İranla bitməyəcək
Bir məsələni açıq demək lazımdır: İranla mümkün müharibə lokal qarşıdurma olmayacaq. Bu, nə İsrail–İran duelidir, nə də ABŞ–İran savaşı. Bu, regionu dalğa-dalğa vuracaq müharibə ssenarisidir.
Ən birinci zərbə Cənubi Qafqaza dəyəcək. Türkiyə, Azərbaycan və Ermənistan bu prosesin təsirindən kənarda qala bilməz. Hərbi baxımdan olmasa da, humanitar baxımdan: kütləvi qaçqın axını, sərhədlərə təzyiq, sosial və təhlükəsizlik riskləri qaçılmazdır.
Bu, nəzəri ehtimal deyil. Bu, Yaxın Şərq müharibələrinin dəyişməyən nəticəsidir.
Qərb artıq buna hazırlaşır. Böyük Britaniyanın Qətərə döyüş təyyarələri yerləşdirməsi təsadüf deyil. Bu addım haqlı sual yaradır: İran Qətəri vura bilərmi? Texniki baxımdan bu mümkündür.
Siyasi baxımdan isə risk yalnız Qətərlə bitmir. Mümkün eskalasiya halında Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn də zərbə altında qala bilər. Yəni müharibə Fars körfəzini aşaraq ərəb dünyasını da udacaq.
Bu mesaj artıq gizli deyil.
İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda Ceyhun Bayramovla görüşdən sonra açıq şəkildə bildirdi: “Əgər İrana hücum olarsa, müharibə sərhədləri aşacaq.”
Bu, diplomatik ritorika deyil. Bu, xəbərdarlıqdır.
Azərbaycan niyə bu müharibədə olmamalıdır?
Bu sual emosional deyil. Bu sual ideoloji də deyil. Bu sual birbaşa milli təhlükəsizlik məsələsidir.
Bu, Azərbaycanın müharibəsi deyil. İranla mümkün müharibənin səbəbləri Bakıda formalaşmayıb. Nə ABŞ-ın qlobal strategiyası, nə İsrailin təhlükəsizlik doktrinası, nə də İranın nüvə proqramı Azərbaycanın suveren gündəliyinə aiddir.
Amma müharibənin dağıdıcı nəticələri birbaşa Azərbaycana dəyəcək.
Azərbaycan ərazisindən hərbi məqsədlərlə istifadəyə imkan vermək legitim hədəfə çevrilmək deməkdir. Hava məkanı, logistika, kəşfiyyat, texniki dəstək-bunların hamısı müharibədə iştirak sayılır. “Biz vurmuruq” arqumenti işləmir. Beynəlxalq hüquqa görə də bu, belədir.
Azərbaycan üçün əsas təhlükə raket yox, insan axınıdır. Genişmiqyaslı müharibə milyonlarla insanı şimala doğru hərəkətə məcbur edə bilər. Bu axının ilk dayanacaqlarından biri Azərbaycan olacaq. İrandan Azərbaycanın üstünə tank gəlməyə bilər, amma xaosun gəlmə ehtimalı çox yüksəkdir.
Ona görə də ən rasional xətt açıq neytrallıqdır. Azərbaycan ərazisindən istifadəyə qəti qadağa, regional müharibələrdə vasitəçi və ya müşahidəçi mövqe ilə kifayələnmək. Bu, nə İrana simpatiyadır, nə də Qərbə xüsusi məhəbbət. Bu, öz dövlətini qorumaqdır.
Tarix göstərir ki, müharibəni planlaşdıranlar nadir hallarda ölür. Müharibənin yükünü isə qaçqınlar, sərhəd ölkələri və zəif dövlətlər daşıyır. Cənubi Qafqaz üçün əsas təhlükə də məhz budur.
Azərbaycanı mümkün qədər bu dağıdıcı prosesdən kənarda saxlamaq lazımdır. Məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycanın xarici siyasəti də məhz bu düşüncəyə söykənir.
Elbəyi Həsənli
Sürix
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ÇL: "Qalatasaray" - "Aston Villa"nı devirə bilərmi? - Süni intellekt platformalarının proqnozları
Bugün, 18:53 İDMAN
-
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə bir arada: "Bunlar hər iki ölkə üçün ciddi çağırışlardır"
Bugün, 18:47 SİYASƏT
-
Türkiyə parlamentinin keçmiş sədri vəfat etdi
Bugün, 18:44 GÜNDƏM
-
Azərbaycanla Gürcüstan arasında 18 yeni sənəd imzalanacaq
Bugün, 18:20 GÜNDƏM
-
Dövlət Xidməti: "Səbaildə memarlıq abidəsinin birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verilib"
Bugün, 18:03 CƏMİYYƏT
-
Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə apardı - Bakıda
Bugün, 17:52 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı - Hansı məsələlər müzakirə olunacaq? - SİYAHI (Yenilənib)
Bugün, 17:37 GÜNDƏM
-
Dövlət Miqrasiya Xidməti rəisinin 10 il əvvəlki şəkili...
Bugün, 17:21 CƏMİYYƏT
-
Şəfa və fədakarlıq nümunəsi: Hikmət həkim... - FOTOLAR
Bugün, 17:15 CƏMİYYƏT
-
Süni intellekt əsaslı reklam platforması Agentlik.Az fəaliyyətə başladı
Bugün, 17:09 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - Nələr müzakirə olunub?
Bugün, 16:56 GÜNDƏM
-
RUSİYA UKRAYNA MÜHARİBƏSİ SƏRHƏDLƏRİ AŞDI - Savaşın Aralıq dənizinə sıçraması nə vəd edir? (TƏHLİL)
Bugün, 16:45 GÜNDƏM
-
Gəncənin baş həkimi və şöbə müdiri vəzifədən azad edildi
Bugün, 16:35 CƏMİYYƏT
-
"O, ağır depressiyaya düşüb və..." - Ramiz Mehdiyevin kürəkəni və oğlu Əli Kərimlinin məhkəməsində!
Bugün, 16:24 GÜNDƏM
-
Hava ilə bağlı daha bir - Xəbərdarlıq
Bugün, 16:14 CƏMİYYƏT
-
NAZİRLİYİN RƏSMİ SAYTINA GİRİŞ MƏHDUDLAŞDIRILIB - Pulsuzluğa görə 291 gündür sertifikat yenilənmir (FOTO)
Bugün, 16:07 İQTİSADİYYAT
-
Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb
Bugün, 16:00 İDMAN
-
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır
Bugün, 15:50 SİYASƏT
-
Şəkərli diabet xəstələri barədə yeni qərar verildi
Bugün, 15:46 GÜNDƏM
-
Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqlənib - DETALLAR
Bugün, 15:21 GÜNDƏM
-
Badamdarda sürüşmə genişlənir - Yenilənib
Bugün, 15:08 CƏMİYYƏT
-
Əli Əsədov Monteneqronun Baş naziri ilə görüşüb
Bugün, 15:01 GÜNDƏM
-
Yeni icra başçısı kimləri yola saldı? - TƏYİNATLAR
Bugün, 14:47 CƏMİYYƏT
-
Keçmiş nazir ev dustaqlığına buraxılıb
Bugün, 14:47 DÜNYA
-
Zahid Oruc: "Vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhə yaranması qabaqlayıcı..."
Bugün, 14:25 SİYASƏT
-
Muzey və Heydər Əliyev mərkəzlərində attestasiya prosesi həyata keçirilir
Bugün, 14:23 MƏDƏNİYYƏT
-
"Məmurlar ailə üzvlərinin, qohum-əqrabasının, ətrafının adına..." - Siyavuş Növruzov parlamentdə kimləri qınadı?
Bugün, 14:09 SİYASƏT
-
“Vəzifələrdə qohumbazlığın ən böyük zərəri yalnız iqtisadi deyil, həm də..." - Deputat MM-də “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən” fikrindən danışdı
Bugün, 14:02 SİYASƏT
-
Məhkəmə eksperti olmaq istəyən şəxslər... - Onlarla bağlı yeni qanun qəbul edildi
Bugün, 13:27 CƏMİYYƏT
-
Hörmüz boğazında daha iki tanker minaya düşüb
Bugün, 13:14 DÜNYA
-
"Məzlumların haqqına əl uzadan hər kəsi Zülfiqar kimi məhv edəcəyik" - MHP liderindən iqtidara açıq xəbərdarlıq
Bugün, 13:07 SİYASƏT
-
Paşinyan media ilə savaşa girdi - Bir qurum media orqanı məhkəməyə verildi
Bugün, 12:54 PRESS
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Bugün, 12:35 CƏMİYYƏT