ABŞ daha bir neft tankerinə "əl qoydu"

ABŞ daha bir neft tankerinə "əl qoydu"

İQTİSADİYYAT

21.01.2026, 09:39

ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ABŞ Cənub Komandanlığı (SOUTHCOM) açıqlama yayıb.

Bildirilib ki, Amerika hərbçiləri  "Sagitta" adlı tankeri insidentsiz ələ keçirib: "ABŞ Prezidenti Donald Trampın Karib dənizindəki sanksiya tətbiqi ilə əlaqədar bölgədə hərəkətdə olan daha bir neft tankeri tərəfimizdənn saxlanılib".

Məlumatda deyilir ki, bununla da  Venesueladan neft daşıdığı səbəbindən "əl qoyulan" tankerin sayı 7-yə yüksəlib.

Lamiyə

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR