Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."

Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."

MƏDƏNİYYƏT

19.01.2026, 12:07

"Mən arada-sırada tamaşalarda oynayıram, amma fasilələrlə. Xəbərləri elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram...".

Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsinə qayıtması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

"İki-üç ay bundan əvvəl də tamaşada oynamışam. Çalışacam ki, bundan sonra fasilə az olsun. Yanvarın 30-31-də, Allahın izni ilə premyeramdır. Dəvət edirəm, gəlin. Davamı gələcək", - Xalq artisti bildirib.

Xatırladaq ki, A.Bəşirqızı yanvarın 30-da Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasında rol alacaq. O, bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR