Binəqədidə maşın və motosiklet oğruları tutulub

Binəqədidə maşın və motosiklet oğruları tutulub

KRİMİNAL

18.01.2026, 17:00

Paytaxtın Binəqədi rayonunda bir nəfər "VAZ-21011" markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib.

DİN-in Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR