İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO

img

15-01-2026 [12:37]


İsrail hərbçiləri iordan çayının Qərb sahilində 30 il əvvəl öldürülmüş HƏMAS komandiri Yəhya Əyyaşın həyat yoldaşını həbs edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hərbçilər mühəndis ləqəbiylə tanınan Yəhya Əyyaşın arvadı Hiyam Əyyaşı ərinin ölümünün 30-cu ildönümü münasibətilə etdiyi  paylaşımına görə saxlayıb.

Məlumata görə, Nablus şəhərinin Cəbəl əl-Şəmali ərazisində evə basqın edən əsgərlər onun gözlərini bağlayıb, daha sonra isə onunla şəkil çəkdiriblər: "Hərbçilər buu şəkilləri sosial mediada paylaşaraq poz veriblər..."

Məlumata görə, Yəhya Əyyaş 6 mart 1966-cı ildə anadan olub. O, 1991-ci ildə Birzeit Universitetini mühəndislik ixtisası üzrə bitirib. Məzun olduqdan sonra xaricdə aspirantura və doktorantura təhsili almaq istəyib, lakin İsrail icazə verməyib, ona görə də Fələstində müqavimət hərəkatına qoşulub. 5 yanvar 1996-cı ildə Ayyaş İsrail daxili kəşfiyyat agentliyi Şin Bet tərəfindən əməliyyatla həlak oldu. Əməliyyat zamanı onun telefonuna yerləşdirilmiş partlayıcı qurğu uzaqdan partladılıb.

Tahir Şəlvəli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA