ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq 

img

15-01-2026 [11:33]


ABŞ Nikolas Maduronun tutulmasından sonra ilk dəfə  Venesueladan  500 milyon dollara neft satışı həyata keçirdiklərini elan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, satışdan əldə edilən gəlir ABŞ hökuməti tərəfindən idarə olunan və "neytral zona" kimi Qətərdəki bank hesablarında saxlanılacaq.

Xatırladaq ki,  Donald Tramp ötən cümə günü Amerika neft nəhənglərinin Venesuelanın dağılmış enerji infrastrukturunun yenidən qurulması üçün ən azı 100 milyard dollar investisiya yatıracağını bəyan edib. Bu addımla Tramp ABŞ-da enerji qiymətlərini aşağı salmağı və Venesuelanın neft hasilatını 18 ay ərzində 50 faiz artırmağı hədəfləyir.

Ağ Evin sözçüsü Teylor Rocers bildirib ki, Tramp komandası Venesuelanın neft infrastrukturunu bərpa etmək üçün görünməmiş investisiyalar yatırmağa istəklidir.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA