QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir

img

15-01-2026 [12:52]


Azərbaycanın qeyri-hökumət təşkilatlarına (QHT) dövlət dəstəyi konsepsiyasının müasir dövrün tələblərinə və çağırışlarına uyğunlaşdırılması, təkmilləşdirilməsi, yenilənməsi üçün müvafiq təkliflər hazırlanır.

Mia.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, təkliflər fevralına 15-nə qədər Agentliyin elektron ünvanı - [email protected] vasitəsilə yazılı qaydada qəbul olunacaq.

Daha sonra təkliflər sistemləşdirilərək təhlil ediləcək, bu istiqamətdə QHT-lərlə ictimai müzakirələr təşkil olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA