ABŞ İran məmurlarının ölkədən pul qaçırdıqlarını iddia edir: "İzlərinə düşmüşük"

img

15-01-2026 [09:09]


ABŞ Maliyyə Nazirliyi etirazlar və rejimin potensial çöküş ehtimalından qorxan iranlı məmurların ölkədən böyük miqdarda pul çıxardıqlarını iddia edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Maliyyə naziri Skott Bessent şok bəyanat verib. 

O, hakim elitanın ölkədən son iki gündə ən azı 1.5 milyard dollar çıxardığını deyib: "Biz bu pulu tapacağıq. O pullar müxtəlif üsullarla ölkədən qaçırılıb.. İran rəhbərliyinin bu prosesdə gəmidən imtina etdiyini də, o pulların hansı  maliyyə qurumlarına axdığını görürük. İzindəyik. Bu aktivlərin sahibləri məsuliyyətdən qaça bilməyəcək".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA