İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı

img

19-12-2025 [22:46]


Türkiyədə daha 7 məşhur şəxs narkotik ittihamı ilə saxlanılıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlardan biri -  məşhur aktrisa Ezgi Eyüboğlu İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik əməliyyatı çərçivəsində dünən gecə qonşusu, həm də prodüsseri olan Eser Küçükerolunun Beykozdakı evində qandallanıb.

İstanbul Baş Prokurorluğundan bildirilib ki, növbəti əməliyyatla "narkotik və ya stimullaşdırıcı maddələr istehsal etmək və ticarət etmək", "fahişəliyə təhriketmə" ittihamları ilə Ezgi Eyüboğlu ilə yanaşı, Eser Küçükerol, İsmail Ahmet Akçay, Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü də saxlanılıblar:

"Onlar gecə saat 03.00 radələrində evlərində tutulublar...".

Hüseyn Namazov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA