ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı

img

19-12-2025 [22:31]


Türkiyədə narkotik qəbulu, satışı, təbliğatına qarşı amansız mübarizə davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur aktyorlar, aktrisalar, müğənnilər, jurnalistlər, blogerlərin narkotik ittihamı və qrup seksi ittihamları ilə istintaqa cəlbinin səs-küyü yatmamış, İstanbul prokurorluğua daha böyük əməliyyatın düyməsini basıb.

Məlumata görə, görə, təxminən bir saat əvvəl "Fənərbağça" Klubunun prezidenti Sadettin Saran İstanbul Baş Prokurorluğu tərəfindən narkotik cinayətləri üzrə aparılan istintaqında şübhəli kimi ifadə vermək üçün çağırılıb: "Bu çağırışa paralel olaraq, böyük bir qrup Saranın evində axtarışa yönləndirilib və onun evi didik-didik axtarılıb...".

Məlumatda o da deyilir ki, Saranın hazırda İtaliyada olduğu üçün saxlanılmayıb: "O, sabah Türkiyəyə qayıdacaq..."

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA