"Qalatasaray"ın baş məşqçisi: "Əlimizdən gələni edəcəyik"

img

10-12-2025 [10:27]


"Qalatasaray"ın  UEFA Çempionlar Liqasında Fransadada "Monako"ya 1-0 hesablı məğlubiyyətindən sonra komandanın baş məşqçisi Okan Buruk açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, məğlubiyyətdə futbolçuları günahkar sayıb: "Bəzən qapımızda buraxdığımız çpx səhvlər oldu. Və ya son ötürməni edə bilmədik. İlk hissədə yaxşı oynadıq. İkinci hissəyə isə rəqib daha həvəslə başladı. Rəqibimiz zəif müdafiəyə, amma yaxşı hücuma malik komandadır. Əlbəttə ki, çətin bir dövrdən keçirik. Yolumuza davam edəcəyik. Növbəti matçda qalib gəlmək və məqsədlərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

Baş məşqçisi zədələnənə qapşı haqda da danışıb: "Uğurcanın yuxarı bud əzələsində gərginlik var. Onun vəziyyəti MRT müayinəsindən sonra daha aydın olacaq. Ümid edirəm ki, Uğurcan tez komandaya dönəcək"

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA