Azərbaycanla Laos arasında ilk siyasi məsləhətləşmələr keçirilib
09-12-2025 [17:54]
Azərbaycanla Laos arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə Mia.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Laos Xalq Demokratik Respublikasında səfərdə olub.
Səfər zamanı Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Laos xarici işlər nazirinin müavini Maytonq Tammavonqsanın həmsədrliyi ilə Azərbaycan və Laos Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
İclasda iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri müzakirə olunub.
E.Məmmədov Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi prosesi, habelə bərpa-quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı (NAM), Laosun üzvü olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfər zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Laos Milli Assambleyasının vitse-prezidenti Sunthon Saynyaçak və Laos xarici işlər naziri Sonqsavan Fomvihon ilə görüşlər keçirib.
Həmçinin xarici işlər nazirinin müavini E.Məmmədov Laosun nüfuzlu media qurumlarına Azərbaycan-Laos əlaqələrinin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair müsahibə verib.
İkitərəfli diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycanın Vyetnamda, eyni zamanda Laosda akkreditə olunmuş səfirliyi tərəfindən dekabrın 9-da Laosun paytaxtı Vyentyan şəhərində keçirilmiş rəsmi qəbulda nazir müavini E.Məmmədov və fəxri qonaq qismində iştirak etmiş Laosun xarici işlər naziri Sonqsavan Fomvihon qonaqları birlikdə salamlayaraq, geniş nitqlə çıxış ediblər.
Tədbirdə eyni zamanda əvvəllər Bakıda təhsil almış Iaoslulardan ibarət Azərbaycan-Laos Dostluq Assosiasiyasının üzvləri iştirak ediblər.
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi