Türkiyədə klub prezidenti, məşqçi, hakim və futbolçular saxlanılıb - Açıqlama + FOTO

img

05-12-2025 [11:26]


Türkiyədə mərc oyunlarına qatılanlara qarşı aparılan istintaq çərçivəsində bir klub prezidenti, məsul şəxslər və futbolçular saxlanılıb.

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, bu haqda  İstanbul Baş Prokurorluğu açıqlama yayıb.

Bildirilib ki, əməliyyat çərçivəsində çoxsaylı peşəkar futbolçu, klub rəhbəri, idarəçi, hakim və məşqçilər qandallanıb.

Məlumatda onların hələlik adları tam açıqlanmayıb. Yalnız bildrilib ki, 47 nəfər tutulub. Keçmiş hakim və hazırda şərhçi olan Ahmet Çakar "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş, "Qalatasaray"dan isə Metehan Baltacı,  "Adana Demirspor"un sabiq prezidenti Murat Sancakın da saxlanılanlar arasında olduğu xəbəri var.

İstanbul Baş prokuroru Akın Gürlek deyib ki,  əməliyyat futboldakı "qaranlıq əlləri" kəsmək üçündür: "Futbolumuzu belələrindən təmizləyəcəyik"

Fərid ASLAN

MİA.AZ

Ahmet Çakarın saxlanılma anı


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:26 05.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA