İraqda qaz yatağına hücum olub - Rəsmi Ankara hərəkətləndi

img

28-11-2025 [00:08]


İraqın Süleymaniyyə bölgəsində Türkiyə vətəndaşlarının işlədiyi "Kor Mor" təbii qaz yatağına hücum olub.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, hücumu hansıq üvvələrin etdiyini və necə nəticələndiyi haqda informasiya verilməsə də, rəsmi Ankarada hadisə ilə bağlı operativ bəyanat verib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İraqın Süleymaniyyə bölgəsindəki "Kor Mor" təbii qaz yatağına edilən hücumun İraqın sabitliyi və rifahı üçün narahatlıq doğurduğunu xüsusi vurğulayıb. O, mülki sahənin hədəf alınmaısnı qınayıb: "Dünən gecə İraqdakı Kor Mor təbii qaz yatağına edilən hücumla bağlı qonşumuz İraqın sabitliyi və rifahı üçün narahatıq. Mülki infrastrukturu hədəf alan bu cür hərəkətləri qınayırıq. Ərbildəki Türkiyə Baş Konsulluğu təbii qaz yatağında çalışan Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görür...".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA