Prezident gürcü baş nazirlə görüşdü

img

11-09-2014 [14:11]


Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 11-də Azərbaycana rəsmi səfərə gəlib.

AzərTAc xəbər verir ki, Bakının beynəlxalq aeroportunda qonağı baş nazirin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıb.

Sonra Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. 

Gürcüstan baş nazirinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edilib, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA