Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır

img

29-01-2026 [12:28]


İmişlidə məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır.

Bu barədə Muğan bürosuna Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma başlayıb: "Məsələ nəzarətə götürülüb, şagirdi vuran şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi yoxlanılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA