MMP qurultay keçirəcək

img

10-09-2014 [14:54]


Məlumat verildiyi kimi Müasir Müsavat partiyasında Bələdiyyə seçkilərinə hazırlıq başlayıb. Bununla bağlı artıq Seçki Qərargahının üzvləri də təlimatlandırılıb.

Bu gün Muasir Musavat partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin və Rayon Təşkilat sədrlərinin, həmçinin Seçki Qərargahında təmsil olunan şəxslərin iştirakı ilə toplantı keçirilib.

Ənənəvi olaraq toplantıda ilk öncə dünyada və ökədə baş verən hadisələr müzakirə edilib.Daha sonra gündəlikdə duran əsas məsələlər müzakirəyə çıxarılıb.

Ən önəmli məsələ kimi isə partiyanın dekabr ayında Azərbaycanda keçiriləcək Bələdiyə seçkisinə hazırlıq və seçki ilə əlaqəli digər məsələlər haqda qərarlar qəbul edilib.

Edilən qərarların içində ən önəmlisi partiyanın seçkiqabağı növbəti qurultayının keçirilməsi məsələsi olub. İH-dən verilən məlumata görə yaxın zamanlarda partiyanın kollegial qurumu olan Siyasi Şura qurultayın vaxtı barədə qərar qəbul edəcək.

Qeyd edək ki partiyanın Nizamnamə və Proqramının təkmilləşdirilməsi istiqamətində təklif olunan dəyişikliklər müzakirə edilib və dəyərləndirilərək qurultayın gündəliyinə salınmasına razılıq verilib.Digər tərəfdən qurultayda nizamnamədən irəli gələn təşkilati məsələlər də öz həllini tapacaq və seçkili qurumlar yenidən formalaşdırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA