Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib

img

29-01-2026 [14:41]


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətini dəyişib.

MİA.AZ xəbər verir ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, torpaq vergisi üzrə bəyannamələrin təqdim edilməsi müddəti müəyyənləşdirilib.

Məcəllənin 208.2-ci maddəsinə uyğun olaraq, müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və tətbiq olunan vergi dərəcələrinə əsasən, illik qaydada hesablayırlar. Hesablanmış torpaq vergisi üzrə bəyannamə hesabat ilindən sonrakı ilin yanvarın 31-dən gec olmayaraq müvafiq vergi orqanına təqdim edilməlidir. Bu il 31 yanvar tarixi iş günü olmadığına görə, hesabatın təqdim olunması müddəti həmin tarixdən sonrakı birinci iş gününə qədər, yəni fevral ayının 2-nə qədər artırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA