General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR

img

29-01-2026 [17:56]


Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına ali xüsusi rütbələr verilib.

Mia.az general-mayor ali xüsusi rütbəsi verilən gömrükçülərin dosyesini təqdim edir:

Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Fuad Mikayıl oğlu Aslanov (47 yaş) – əvvəllər DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Hazırda Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisidir.

Elmir Bahadur oğlu Ramazanov (38 yaş) - daha əvvəl Bakı Baş Gömrük İdarəsində rəis müavini vəzifəsində çalışıb. 2023-cü ildən indiyə kimi Bakı Baş Gömrük İdarəsinin rəisidir.

Qeyd edək ki, Prezidentin bugünkü Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova da general-polkovnik ali xüsusi rütbəsi verilib/qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA