TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
29-01-2026 [19:58]
ABŞ prezidenti Donald Trampın İrana doğru "nəhəng bir donanma gəlir" xəbərdarlığından sonra Yaxın Şərq və yaxın bölgələrdə gərginliyi artırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu kontekstdə Tehran administrasiyasının geri çəkilməməsi, əksinə, "Əlimiz tətikdə gözləyirik" tipli meydan oxuyan açıqlamalar verməsi vəziyyəti daha da həyəcanlı hala gətirib.
Bu cür vəziyyətdə isə ortaya yalnız bir düşündürücü sual çıxır: İran potensial hücuma iddia edildiyi kimi, misli görünməmiş formada cavab verə bilərmi? Yaxud İranın belə bir hərbi potensialı varmı?
Mia.az xarici mətbuata istinadla bildirir ki, İranın hazırda aktiv hərbi qüvvələri 610.000 - 650.000 arasında, ehtiyat hərbi qüvvələri isə təxminən 350.000 nəfərdir.

Yəni, ümumilikdə bir milyon civarında canlı qüvvəyə sahib İran ordusunun əsas gücü isə uzaaqmənzilli ballistik raketləri sayılır.
Bunu ABŞ Dövlət Katibi Marko Rubionun təxminən 40.000 Amerika əsgərinin İran raketlərinin hədəf dairəsində olması barədə açıqlaması da təsdiqləyir.
Araşdırmamız zamanı aydın olur ki, sanksiyalara və illərlə davam edən təzyiqlərə baxmayaraq, İran xüsusilə raket gücünün xeyli artıra bilib. Ordunun arsenalı isə bir çox mənbələrdə belə sıralanıb:
"Aktiv qoşun sayı: 610.000 – 650.000
Ehtiyat qoşunlar: Təxminən 350.000
Bu rəqəmlərlə İran dünyanın ən böyük 15 ordusu arasında yer alır. Lakin İran Hərbi Hava Qüvvələri müasir silahlanmada xeyli geridə qalıb".
Araşdırmaya əsasən, İranın hava qüvvələrinin arsenalı əsasən 1979-cu il inqilabından əvvəl qalan ABŞ istehsalı olan köhnəlmiş F-14-lərdən, eləcə də Sovet və Çin istehsalı olan təyyarələrdən ibarətdir. Lakin İran pilotsuz uçuş aparatları və raket texnologiyası ilə hava gücündəki boşluğu aradan qaldırmağa çalışır:
"Cəmi hərbi döyüş və nəqliyyat təyyarələri: 550 – 640
Vertolyotlar: 400+
Tanklar:
Təxminən 2000 (T-72S, Zülfiqar və Karrar)
Zirehli nəqliyyat vasitələri: 4300+
Çoxfunksiyalı raket buraxıcı: 1900+
Artilleriya sistemləri: 2700+"
Beləliklə, İranın güvəndiy və öytən ilin iyulundakı 12 günlük ABŞ-İsrail savaşında sınaqdan çıxardığə ən güclü sahələrindən biri olan raket proqramı:

"Ballistik raketlər: Şahab, Fatih, Zülfiqar, Xeybər Şakan
Mənzili: 2000 – 2500 km (İsrail və Şərqi Avropanı əhatə edir)
Hava hücumundan müdafiə: Rusiya S-300 və yerli Baver-373 (S-400-ə ekvivalent olduğu iddia edilir)"
Bəs, ABŞ İrana hücum etsə, hansı ssenarilərın reallaşma ehtiamllartı var?
BBC-nin təhlilinə görə, ABŞ-ın İrana qarşı mümkün hərbi müdaxiləsi aşağıdakı ssenariləri ortaya çıxara bilər:
Məhdud və dəqiq əməliyyatlar: Nüvə obyektləri və raket bazaları hədəfə alına bilər;
"Venesuela modeli": Hökumət devrilmir, lakin geri çəkilməyə məcbur edilir;
Hərbi şevriliş ssenarisi: İnqilab Keşikçiləri nəzarəti ələ keçirə bilər;
ABŞ bazalarına qarşı sərt qisas cavabı: Bölgədəki Amerika obyektləri vurula bilər;
Hörmüz boğazının bağlanması: Neft və qaz qiymətləri qlobal miqyasda fantastik həddə qalxa bilər;
ABŞ-ın bölgəyə göndərdiyi nəhəng hərbi gəmisinin vurulması: bu, böyük hərbi və siyasi böhran yarada bilər;
Xaos və vətəndaş müharibəsi: 93 milyon əhalisi olan bir ölkədə böyük humanitar böhrana sürüklənə bilər;

Yekun olaraq deyə bilərik ki, Trampın sərt mesajları və İranın dirənişi Yaxın Şərqi yenidən müharibə astanasına gətirib. Sözsüz ki, İran bölgədə kəmiyyət baxımdan üstün olsa da, texnoloji cəhətdən ABŞ-dan müqayisəolunmaz səviyyədə geri qalır. Ancaq unutmayaq: İranın raket imkanları, PUA-ları və Hörmüz boğazındakı strateji mövqeyi potensial münaqişəni təkcə ikitərəfli böhrana deyil, qlobal böhrana çevirmək potensialındadır...
Son olaraq, bu gün Avropa İttifaqı İranın əsas gücü sayılan SEBAHH-ı terror syahısına sayıb. Bu fakt da onu göstərir ki, artıq Avropa ölkələri də İrandakı mövcud molla rejiminin gələcəyinə inanmır...
F.Əhməd
MİA.AZ
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK