Putin Rusiyanın yeni qorxunc nüvə silahının anonsunu verdi: "Heç bir ölkədə belə bir şey yoxdur"

img

30-10-2025 [09:39]


Rusiya Prezidenti Vladimir Putin radioaktiv sunami yarada biləcək "Poseidon nüvə enerjisi ilə işləyən sualtı torpedasının uğurlu sınağının keçirildiyini dünyaya bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu yeni kəşfi böyük uğur sayıb: "Şübhəsiz ki, bu, böyük bir uğurdur. Yeni silah həm sualtı buraxılış mühərrik, həm də nüvə enerji bloku ilə işləyir. Heç bir ölkədə belə bir şey yoxdur"

"Poseidon" haqqında ictimaiyyətə açıq məlumatlar məhdud olsa da, mütəxəssislər silahın okeanda radioaktiv dalğalar yarada biləcəyini və bununla da  sahil şəhərlərini yaşanmaz hala gətirəcəyini söyləyirlər: "Torpedo dəniz dibində genişmiqyaslı partlayışlar vasitəsilə radioaktiv okean dalğaları yaratmaq gücünə sahibdir"

Məluumatda Putinin bu yeni silah haqqında anonsunun ABŞ Prezidenti Donald Trampın "Moskvanın son nüvə raket sınağını keçirməklə səhv etdi" bəyanatından sonra verməsnə də diqqət çəkilib və Rusiya liderinin dünyanı 3-cü böyük müharibəyə çəkdiyi iddia olunur...

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA